Logo
    main-post-cover

    İlk mobil telefon - Motorolla

    1973-cü ilə qədər küçə telefonlarından və gəzdiriləbilən telefon stansiyalarından başqa sürətli rabitə sisteminin olmaması həm gündəlik istifadə də, həm də fövqəladə hallarda əlaqəni çox çətin hala salırdı. Motorolla-nın ağıllı mühəndisi Martin Cooper çoxdan hamının istədiyi kompakt telefonu nəhayət 1973-cü ildə yaratdı. Prototip versiyasının yaranmasından 10 il sonra "Dyna-Tac 8000X" adı ilə 1983-cü ildə istehsalına başlanan cihaz 1kq-a yaxın çəkiyə, 20 dəqiqə danışıq vaxtına sahib idi və 4000 dollara satılırdı. Bu qiymət ilə Dyna-Tac 8000X o vaxt ən çox satılan avtomobillərdən biri olan Toyota Corolla-dan 200 dollar baha olsa da ABŞ sakinləri ilk mobil telefona sahib olmaq üçün sırada gözləyirdilər. Sonraki illərdə Motorolla daha kompakt və istifadəsi rahat cihazlar hazırlamağa başladı. Daha sonra fərqli ölkələrdən, fərqli şirkətlər də mobil telefon bazarına qoşuldular və beləliklə telefon sözü mobil telefonun sinoniminə çevrildi.(şəkildə Martin Cooper Motorolla Dyna-Tac 8000X-lə)
    www.ann.az
    Paylaş
    Bənzər xəbərlər