Logo
    main-post-cover

    iMessage-dan təhlükə siqnalı! Məlumatlarımız oğurlana bilər?

    Tədqiqatçılar "Apple”ın, iMessage tətbiqi daxilinə başdan-sona (end-to-end) şifrələmə funksiyasını əlavə edilməsinin mütləq olduğunu bildirirlər. Mövcud iMessage kifayət qədər təhlükəsiz deyil mi?

     
    Son vaxtlarda bir çox mesajlaşma tətbiqi, şəxsi və qrup söhbətləri arasındakı istifadəçi gizliliyinə əsaslanan, başdan-sona şifrələmə funksiyasını hazırlamışdılar.
    WhatsApp, Facebook Messenger kimi qlobal səviyyədə istifadəçilərə xidmət edən söhbət tətbiqləri, bu funksiyanı hal-hazırda bütün smartfonlarda istifadə edirlər.
    Belə ki, tədqiqatçılar mövcud iMessage tətbiqində başdan-sona şifrələmə funksiyasının olmamasının müxtəlif təhlükələrə yol açacağını dilə gətirirlər.
    iMessage-a başdan-sona şifrələnmə gələcək mi?

    Tədqiqatçılar tərəfindən paylaşılmış bir hesabata görə, Apple tərəfindən iMessage tətbiqində istifadə edilən təhlükəsizlik divarının gücləndirilməsi lazımdır.
    iMessage üzərində onlayn olan mesaj göndərən/qəbul edənin söhbət təhlükəsizliyinin kifayət qədər yaxşı olmadığını bildirən hesabatda, tətbiq istifadəçilərinin təhlükə altında olduğu vurğulanır.
    Tədqiqatçılar sözügedən təhlükəsizlik divarının ortalama bir hacker tərəfindən keçilə bilməyəcəyini, lakin böyük şirkətlərin, sahibkarların güclü kiber hücumlara məruz qaldığı bu dövrdə, təcili bir tədbir görmənin həm şirkət həm də istifadəçi baxımından yararlı olacağını sözlərinə əlavə edirlər.

    Paylaş
    Bənzər xəbərlər