Logo
    main-post-cover

    Inanılmaz selfilər çəkərək dünyada tanındı

    Rusiyadan olan Angelina Nikolau-nun 23 yaşı var və bütün dünyada inanılmaz selfiləri ilə tanınıb.

    Belə ki, gənc qız dünyanın ən yüksək obyektlərinə qalxaraq selfi fotolar çəkir. Bəzən o bunu tək, bəzən isə digər ekstrim həvəskarı şəxslər ilə edir. "Technote.az”ın "Hi-tech.mail.ru” saytına istinadən verdiyi xəbərə əsasən Angelina Nikolau haqqında məlumat azdır. Öz "VKontakte” hesabında gənc qız bildirib ki, onun doğum tarixi 24 İyun 1993-cü ildir və o Moskva şəhərindəndir. Öz ilk selfi fotolarını Angelina əsasən Moskva və Rusiyanın digər şəhərlərində çəkirdi. Daha sonra gənc qız aktiv səyahətə başladı. Lakin öz sevimli hobbisindən əl çəkmədi. O yüksək yerlərdə çəkdiyi fotoları mütəmadi olaraq öz "Instagram” hesabında paylaşır. Lakin qeyd etmək lazımdır ki, bu cür məşğuliyyətlər çox təhlükəlidir və bəzi obyektlərin yüksək hissələrinə giriş qadağandır. Hər halda təqdim olunmuş fotolara baxanda adamın qanı donur.

     

     
    Paylaş
    Bənzər xəbərlər