
Incognito rejimi barədə faktlar
Elm & Texnologiya
20.11.2017
Brauzerlərdə mövcud olan incognito pəncərəsi həqiqətən təhlükəsizdirmi?
Əvvəlcə onu qeyd edək ki,
incognito pəncərəsi brauzerdə axtarış tarixçəsinin, cookie`lərin əməliyyat
bitdikdən sonar saxlanılmayan və silinən pəncərədir. Burada etdiyimiz heç bir əməliyyat
pəncərini bağladıqdan sonar tarixçə yaddaşında qalmır. Bununla belə bu pəncərə o
qədər də təhlükəsiz deyil. Əminliklə demək olar ki, incognito rejimi brauzer və
ya vebsaytın dəyişə biləcəyi, izləyəcəyi, xəbərdar olacağı xüsusiyyətləri
limitləşdirir, lakin bu o demək deyil ki, siz tam qorunursunuz. Bu rejimdə
çıxan pop up pəncərələr incognito rejimində açılmır və həmin pop up pəncərələrin
sizi izləməsi, məlumatlarınızı alıb serverə ötürməsinə əngəl olacaq sərhədi
olmur. Buna scripting deyilir ki, bu xüsusiyyət ilə incognito rejiminin bütün
limitlərindən yayınmaq olur. Incognito rejiminin əsas funksiyası brauzerdə olan
3-cü partiya əlavələrin sizi izləməsinin qarşısını almaqdır. Bunlar daha çox
cookie`lər adlanır və cookie sizi individual olaraq izləyə bilir.
Incognito rejimi bəzən çox faydalı
da ola bilir, xüsusilə siz ticarət və səyahət saylarını tez tez ziyarət
edirsinizsə, bu rejimdən istifadə etmək məsləhətlidir. Məsələn, bəzi (hətta bir
çox) səyahət saytları siz sayta daxil olduğunuz andan sizin axtarış maraqlarınızı
izləyir, yadda saxlayır və növbəti dəfə yeni axtarış etdikdə sizə daha bahalı,
real olmayan, şişirdilmiş, manipulyasiya edilmiş qiymətlər təqdim edirlər. Incognito
rejimi isə bu kimi halların qarşısını alır və sizi izləyə biləcək elementləri bloklayaraq
məlumat ötürməyə icazə vermir. Beləliklə, siz incognito rejimdə tapdığınız qiymətləri
normal brauzerə daşımaqla real qiymətə alış veriş edə bilərsiniz.
Incognito rejimin bir üst səviyyəsi
isə “Sandboxie” və buna bənzər alətlərdir. Bu alətlər brauzeri tamamilə
kompyuterin sistemindən ayırır və kompyuterlə brauzer arasında data alış
verişini kəsir. Bununla da etdiyiniz bütün əməliyyatlar məhz həmin alətlərin çərçivələri
daxilində baş verir. Daha dəqiq desək, bu alətlər vasitəsilə proqramları kompyuterin
yaddaşına yazmadan istifadə etmək mümkündür. Günümüzdə ən təhlükəsiz internet
istifadəsi də məhz belə alətlər vasitəsilə təmin edilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Vivo X200 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
