
İngilis dilini daha asan öyrənmək üçün maraqlı saytlar
Elm & Texnologiya
07.05.2017
Farid
Bir yerə səyahət etmək istədikdə bir çoxları orda insanların hansı dildə danışmaqları ilə maraqlanır. Hal-hazırda ən çox yayılmış xarici dil ingilis dili olduğu üçün bir çoxları bu dili öyrənməyə və bu dilin köməyilə ünsiyyət saxlamağa çalışır. Bu yazımızda sizi İngilis dilini dinləyərək öyrənəcəyiniz Youtube kanalları ilə tanış edəcəyik.
Bbclearningenglish bu sayt həm gündəlik həyatda ən çox istifadə olunan ifadələri, həm də qrammatik
qaydaları izah edir. Çox sadə dildə ünsiyyət ifadələri istifadə olunduğu üçün
başa düşmək çox asan olur.
Əgər siz kino sevənsinizsə, onda Voscreen tətbiqi
tam sizlikdir. Belə ki, bu tətbiqi həm telefonunuzda, həm də kompüterdə istifadə
edə bilərsiniz. Belə ki, siz özünüzə uyğun dili seçməklə İngilis dilində olan
ifadənin nə anlama gəldiyini dinləyərək qərar verə bilərsiniz. Belə ki, siz səhv
ifadəni seçsəniz onda sistem sizə düz ifadəni göstərəcək. Bu proqramın köməyilə
həm dinləmə bacarığınızı inkişaf etdirəcək, həm də yeni ifadələr öyrənəcəksiniz.
Həmçinin siz burda öz səviyyənizə uyğun videolar seçə bilərsiniz: https://www.voscreen.com
VOA Learning English adlı Youtube səhifəsində
İngilis dilində ən çox istifadə olunan ifadələr 1 dəqiqə ərzində izah olunur. Çox
maraqlı olmaqla yanaşı asan dillə izah olunması öyrənmə prosesini asanlaşdırır.
Burda siz həm ifadələri, Həm Avropa mədəniyyəti, həm də qrammatik biliklərə yiyələnə
bilərsiniz. Hətta arzu edənlər kanala Skype vasitəsilə kanalın idarə edənləri
ilə birgə öyrənə bilərlər.
Dil öyrənmək istəyənlər üçün digər bir
alternativ vasitə isə Youglish adlı internet vasitəsidir. Belə ki, bu kanalda
eyni sözün müxtəlif yerlərdə necə ifadə olunması öz əksini tapır. Burda siz
dinləyərək öyrənə bilərsiniz. Kanalda danışıqlar alt yazı ilə verildiyindən
bilmədiyiniz sözləri qeyd edərək öyrənə bilərsiniz. Kanalda hər hansı sözü
axtarış etməklə videolara keçid əldə etmiş olursunuz. Kanala burdan baxa bilərsiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
