Logo
    main-post-cover

    İngiltərə Premyer Liqası, VAR sistemini iPhone smartfonları ilə əvəz edir!

    Elm & Texnologiya
    14.08.2024
    Farid

         Ötən mövsüm həm İngiltərədə yaşayan, həm də Premyer Liqanı izləyən futbol azarkeşləri, VAR sistemi və yanlış ofsayd qərarlarına görə narazılıqlarını bildirmişdilər. İndi isə İngiltərə Futbol Federasiyası, çox müzakirə olunan ofsayd aşkarlama sistemini, iPhone dəstəkli fərqli sistemlə əvəz edir.

         İngiltərə Premyer Liqası, 2024-2025 mövsümündə inqilabi dəyişiklikdən keçir. Belə ki, Liqa, mübahisəli VAR sistemini iPhone əsaslı yeni texnologiya ilə əvəz etməyə hazırlaşır. "Dragon" adlanan bu yeni sistem, Genius SportsSecond Spectrum tərəfindən hazırlanıb və yeni mövsümdə bütün matçlarda istifadə olunacaq. Dragon sistemi, sahəyə yerləşdirilmək üçün ən azı 28 ədəd iPhone 14 və ya daha yeni smartfondan istifadə edəcək. Bu telefonlar, suya davamlı xüsusi korpuslar və soyuducu ventilyatorlarla təchiz olunacaq. Telefonların kameraları yüksək kadr sürəti ilə video qeydə alaraq sahəni müxtəlif bucaqlardan izləyəcək və beləliklə də yanlış qərarların qarşısını alacaq.
         Yeni texnologiya, meydançadakı hər bir futbolçuya aid 7-10 min nöqtə arasında məlumatları izləyə biləcək. Bu, oyunçuların hətta bədən xətləri, əzələ kütləsi və skelet quruluşu kimi detallarının da təhlil edilə biləcəyi mənasına gəlir. Sistem, saniyədə 100 kadr sürətlə şəkil çəkə biləcək ki, bu da topun vuruş anını daha aydın aşkar etməyə imkan verəcək. Dragon-un süni intellektlə dəstəklənən proqramı, toplanmış vizual məlumatları emal edərək ofsayd vəziyyətlərini aşkar edəcək. Bununla belə, yekun qərar yenə də insan hakimlərə məxsus olacaq. Ofsayd aşkarlanması ilə yanaşı, sistem gələcəkdə rəqəmsal əkiz texnologiyası üçün də istifadə oluna bilər.
    Paylaş