main-post-cover

    İngiltərənin prosessor istehsalçısı olan ARM şirkəti də Huawei ilə əməkdaşlığı dayandırdı

    Elm & Texnologiya
    22.05.2019
    Farid Pardashunas
        İngiltərənin prosessor istehsalçısı olan ARM şirkəti ABŞ qanunvericiliyinə riayət olunması üzrə öz əməkdaşlarına hal hazırda Huawei və onun strukturunda olan digər şirkətlərlə qüvvədə olan müqavilələrin deaktiv olunması göstərişini verib. Bu barədə BBC-ə istinadən Vc.ru saytı xəbər verib. ARM şirkətinin məhsulları özllərində ABŞ texnologiyalarını birləşdirir.
        Huawei şirkəti bu məsələyə fikir bildirməkdən imtina edib. ARM şirkəti Reuters saytına bidlirib ki, o, ABŞ hökuməti tərəfindən qəbul edilmiş sonuncu qanunlara riayət edir. ARM şirkəti 1990-cı ildə İngiltərədə təsis edilib. 2016-cı ildə isə Yaponiyanın SoftBank holdinqi ARM şirkətini 31 milyard dollara almışdı. Huawei öz smartfonları üçün prosessorların istehsalında ARM şirkətinin texnologiyalarından istifadə edirdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər