
İnşaatda istifadə etmək üçün dəmir qədər möhkəm olan plastik kərpic hazırlanıb! (VİDEO)
Elm & Texnologiya
03.06.2024
Aslan
Plastik tullantılardan, üstündən "tank" keçsə belə qırılmayacaq kərpic hazırlanıb.
Plaex, plastik tullantıların 90%-i istifadə edərək praktiki olaraq qırılmaz plastik kərpic istehsal edən şirkətdir. Bu kərpiclər, hətta buldozerin gücünə də tab gətirə bilir. "TikTok" istifadəçisi "Eagle Eye" tərəfindən paylaşılan videoda bu kərpiclərin necə hazırlandığı və niyə belə davamlı olduğu izah edilir. Videoda verilən məlumata görə, tikinti sənayesində istifadə olunan bu plastik kərpiclərin sadə dizaynı sayəsində montaj zamanı alət tələb olunmur. Tikintidə istifadə olunan hər bir plastik kərpic təxminən 2.3 kq ağırlığındadır və standart kərpicdən 3 dəfə güclüdür.
Plastikin çirklənmə, bu materialın istehsalının artması ilə gündəlik həyatımızda böyük problemə çevrilib. İstehsal edilən plastikin 79%-i zibilliklərə və ya okeanlara atılır və 10%-dən az hissəsi isə təkrar emala göndərilir. Plastik tullantılar metan kimi planeti istiləşdirən qazlar buraxır ki, bu da Yer kürəsini karbon qazından 80 dəfə daha güclü qızdırır. Bundan əlavə, mikroplastiklər qida zəncirimizə daxil olaraq sağlamlıq problemlərinə səbəb ola bilər. Plaex-ə görə, tikinti sənayesi tərəfindən istifadə ediləcək bu plastik kərpic, həm tikinti materialı, həm də ekoloji həllər təklif edir. Bu kərpiclər artan əhali üçün əlverişli mənzil tikərkən tullantıları azaldır. Bundan əlavə, digər şirkətlər və brendlər plastik qablaşdırmadan imtina edərək ekoloji cəhətdən təmiz alternativlərə üz tuturlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
