main-post-cover

    İnsan bədənini VR idarəetmə cihazına çevirən e-skin adlı xüsusi köynək (VİDEO)

    Elm & Texnologiya
    07.08.2017
    Farid Pardashunas

    Kickstarter platformasında çox maraqlı yeni layihənin reallaşdırılması üçün vəsait yığımı başlayıb.

    Belə ki, Yaponiyada fəaliyyət göstərən Xenoma adlı startap, insan bədənini VR idarəetmə cihazına çevirən e-skin adlı xüsusi köynəyi, Kickstarter platformasına çıxarıb. Bu köynək, 14 dartınma ötürücüsünə və akselerometr, hiroskop, Bluetooth modul və şarj üçün nəzərdə tutulmuş micro-USB yerinin olduğu kiçik bloka sahibdir. Digər hallarda isə e-skin, başqa köynəklərdən heçnə ilə fərqlənmir. Sözügedən köynək təkcə oyunlar üçün nəzərdə tutulmayıb. Belə ki, o həmçinin insan bədəninin fiziki aktivliyini də izləyə bilir. Bundan əlavə olaraq e-skin, “Microsoft”un Hololens adlı VR cihazı ilə də çalışa biləcək. Bütün bunlardan əlavə olaraq köynək, iOS Android platformalı mobil cihazlara məlumat ötürmək bacarığına da sahibdir. Köynəyin istehsalı üçün Xenoma-ya 50.000$ vəsait lazımdır. Hal hazırda isə o, 30.000$ vəsait yığıb. Vəsait yığımı ampaniyası uğurlu keçsə, startap bu köynəkləri, 2017-ci ilin sonuna kimi satışa çıxara bilər. Adi insanlar bu köynəyi 499$-a, proqram tərtibatçıları isə 479$-a ala biləcəklər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər