Logo
    main-post-cover

    İnsan beyni düşünüldüyündən 10 dəfə daha çox məlumatı özündə saxlaya bilər

    Elm & Texnologiya
    06.06.2024
    Emil
         Uzun müddət ərzində hesab edilirdi ki, neyronlar arasında məlumatların ötürülməsini təmin edən sinapslar ölçü və güc baxımından məhduddurlar. Məhz buna görə də insan beyni məhdud yaddaş həcminə sahibdir. Son illərdə aaparılmış araşdırmalar bu fərziyyəyə şübhə ilə yanaşmağa imkan verdilər. Amerikalı alimlərin yeni araşdırmalarına əsasən isə insan beyni daha öncə düşünüldüyündən daha çox məlumatı özündə saxlaya bilər. Beynin yaddaş həcmi barəsində olan yeni nəticələr siçanlar misalında neyronlar arasındakı əlaqə gücünün qiymətləndirilməsinə dair yüksək dəqiqliyə sahib üsul vasitəsilə əldə edilib. Məlumdur ki, sinapslar yaddaş və öyrənmə bacarığının əsasını təşkil edirlər.
         Belə ki, beyin hüceyrələri məhz sinapslar vasitəsilə bir-biriləri ilə əlaqə qururlar. Alimlər sinapsların nə dərəcədə gücləndiklərini və zəiflədiklərini müşahidə ediblər. Nəticədə məlum olub ki, onlar özlərində 10 dəfə daha çox məlumatı saxlaya bilirlər. Siçanların beyinlərinin hipokampus hissəsindəki sinapsların analizlərinə əsasən onlar özlərində 4.1 bit-dən 4.6 bit-ə qədər məlumatı saxlaya bilirlər. Neyrobioloqlar daha öncə də güman edirdilər ki, sinapslar 1 bit-dən daha çox məlumata sahib ola bilərlər. Aparılmış yeni araşdırma isə onların bu fərziyyələrini təsdiqləyir. İnsan beynində 100 trilyondan çox sinaps mövcuddur. Onlar neyronların aktivliklərindən asılı olaraq güclənir və ya zəifləyirlər. Bu hal sinaptik plastiklik adlanır. Qocalma prosesi və demensiya kimi xəstəliyin irəliləməsi fonunda sinapslar daha az plastikliyə sahib olurlar. Bu isə yaddaşa mənfi təsir göstərir.
    Paylaş