
İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya
Elm & Texnologiya
07.05.2017
Farid
Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki
kimi baxa və öz düşüncələrimizi digərlərinə yayımlaya biləcəyik. Söhbət "beyni
hack edən” texnologiyalardan gedir. Həmin texnologiyaları yaratmağa çalışanlar
sırasında Elon Musk-dan tutmuş, DARPA təşkilatı kimi olan təmsilçilər var. Techcrunch, bir gün bizim daha güclü, ağıllı və qorxmaz olacağımıza köməklik edəcək
texnologiyalar üzərində çalışan 11 şirkətin siyahısını hazırlayıb. Onları sizlərə
təqdim edirik.
Neuralink:
Elon Musk-ın yeni ideyası, insan beynini kompüterə birləşdirməyi
söz verir. İnsan beyninin kompüter ilə qarşılıqlı əlaqəsini təmin edəcək
neyrointerfeysi, şirkət, "neyron bağı (ip mənasında)” adlandırır. Bir neçə
mikron ölçüdə olacaq kiçik çiplər insan beyninə yeridilərək onun koqnitiv
xüsusiyyətlərini daha üst səviyyəyə qaldıracaq. Bu cür texnologiyanın 2027-ci
ilə kimi yaradılacağına Musk söz verib. Bununla belə bir sıra alimlərin fikrincə
bu cür texnologiyanın yaradılması bəzi riskləri özündə birləşdirir. Belə ki,
çiplərin sağlam insan beyninə yeridilməsinə imkan verəcək etik normalar hələki
yoxdur. Bundan əlavə olaraq insan ilə kompüter arasındakı bu cür kommunikasiya
hələ tənzimlənməyib. Beləliklə bir çoxlarının beyni xüsusi dövlət orqanları,
reklam verənlər, sığorta və marketinq şirkətlərinə maraqlı ola bilər. Belə ki,
onlar insanları izləyə və ya istədikləri vaxt onlara nəsə sata bilərlər.
DARPA:
Pentaqonun perspektivli tədqiqat layihələri idarəsi,
yaddaşın yenidən bərpa edilməsi imkanını verəcək yeni texnologiya üzərində
çalışır. Beyin qabığına yeridilmiş xüsusi sensor, beyin siqnallarını qəbul edir
və insanın yaddaşını itirməməsi üçün neyronları stimullaşdırır. 2000-ci ildən bəri
270.000 hərbçi, beyin travması nəticələri ilə mübarizə aparmalı olub. DARPA
isə yaddaşın geri qaytarılması prosesinin sadələşdirilməsi üzərində yardımçı
olmağa çalışır.
Kernal:
Sözügedən startap, "Black Mirror” adlı fantastik teleserialı
izləyicilərinə yaxşı tanış olan texnologiya üzərində çalışır. Söhbət,
yaddaş çipindən gedir. Bu texnologiya sayəsində insanlar istədikləri zaman istədikləri
yaddaşlarını izləyə biləcəklər. Bu cür çip həmçinin Cənubi Kaliforniya
Universitetində də hazırlanır.
Neurable:
Bu startap, xəyal gücü ilə idarə edilməsi mümkün olacaq
virtual və tamamlanmış reallıq üzrə proqram təminatını hazırlayır. Bu
texnologiya virtual reallıq sərhədindən kənarda da xüsusi tətbiqə sahibdir. Məsələn
onun vasitəsilə uzaqdan sobanı idarə etmək və ya işığı yandırıb-söndürmək
mümkündür.
Muse:
Başa taxılan Muse adlı xüsusi sarğı, sizi qeyri-adi insan
etməsə də, beyin dalğalarına təsir edərək stressdən və həyəcandan yaxa
qurtarmağa köməklik edə bilər. Bu cihaz vasitəsilə istifadəçi həmçinin
smartfonda və ya planşetdə rahatlığa qvuşub-qovuşmadığını da yoxlaya bilər.
Thync:
Bu cihaz da stress atmağı və rahatlanmağı təmin edir. Cihaz
öz iş prinsipində elektrik cərəyanından istifadə edir və smartfon vasitəsilə
idarə olunur. Beləliklə onu elə ayarlamaq olar ki, o sizə gah gümrahlıq verə
bilər, gah da sizi rahatlada bilər.
Emotiv:
Neyrocihaz hesab olunan Emotiv, ona qoşulmuş cihazları xəyal
gücü ilə idarə edilməsini təmin edir. Cihaz beyin siqnallarını qəbul edir və
onları adi əmrlərə çevirir. Məsələn bu cihaz vasitəsilə drona, uçmaq barədə xəyali
əmr vermək olar. Nəticədə o, havaya qalxacaq. Sözügedən cihaz böyük potensiala
sahibdir. Fiziki cəhətdən qüsurlu insanlar arasında isə bu potensial artır.
Halo Neuroscience:
Bu neyrocihaz, beyin funksiyalarını və aktivliyini təkmilləşdirmək
üçün idmançılara yardımçı olur. Sözügedən cihaz, işıq impulsları sayəsində
beyin qabığının hərəkət funksiyalarını stimullaşdırır. Bir çox məşhur
idmançılar bu texnologiyadan artıq istifadə edirlər.
Florida Universiteti:
Bir çox tədqiqat universitetləri, xəyal gücü vasitəsilə idarə
edilməsi mümkün olacaq dronlar üzərində çalışır. Məsələn Florida Universiteti tərəfindən
hazırlanmış texnologiya, abstrakt düşüncələri dronlar üçün nəzərdə tutulmuş adi
əmrlərə çevirə bilir. Bu texnologiyanın iş prinsipi, Emotiv cihazının iş
prinsipinə bənzəyir. Qeyd etmək lazımdır ki, bu universitet, ABŞ-ın Müdafiə
nazirliyi ilə əməkdaşlıq edir.
Brainsgate:
Bu cihaz, neyrostimullaşdırma vasitəsilə baş ağrısından azad
olmağa yardımçı olur. Texnologiyanın yaradıcılarının sözlərinə görə bu
texnologiya skleroz, epilepsiya, insult, Altsheymer və Parkinson kimi mərkəzi sinir xəstəliklərinin müalicəsində böyük potensiala sahibdir.
Nootroplar:
Beyni tam olaraq hack etmək üçün alimlər nootroplar (insan
yaddaşının bərpasını və koqnitiv xüsusiyyətlərin təkmilləşdirilməsini mümkün edən
həblər). Bu cür texnologiyaların yaradılması ilə Silikon Vadisində olan bir çox
startaplar məşğul olurlar. Məsələn, Nootrobox adlı startap, smartfon və
planşetlər üçün xüsusi tətbiq hazırlayır. Həmin tətbiq vasitəsilə hər-hansı bir
şəxs, nootrop həblərin qəbulundan sonra həmin həblərin orqanizmə necə təsir
etdiklərini və şəxsin özünü gümrah hiss etməsi üçün hansı miqdarda həbin qəbul
edilməsini müşahidə edə biləcək.
Paylaş
Bənzər xəbərlər