İnsan beyninin kompüter ilə birləşməsinə yardımçı olacaq təhlükəsiz üsul yaradılıb

İnsan beyninin kompüter ilə birləşməsinə yardımçı olacaq təhlükəsiz üsul yaradılıb

Texnologiya
09.11.2020 PAYLAŞIM

    İnsanın imkanlarını genişləndirmək üçün onun kompüterlə birləşdirilməsi vacibliyini Elon Musk dəfələrlə qeyd edib. Qeyd etmək lazımdır ki, bu istiqamətdə o, Neuralink şirkətini yaradıb və bu şirkət insan beyni üçün nəzərdə tutulmuş neyroimplantların yaradılması ilə məşğul olur. Bu layihə çərçivəsində xüsusi neyroimplantların insan beyninə yeridilməsi planlaşdırılır. Beynəlxalq alimlər isə bu problemə daha fərqli nöqteyi nəzərdən baxırlar. Belə ki, onlar implantların insana qoşulması üzrə fərqli üsul təklif ediblər. Bu barədə Arstechnica saytı xəbər verib.

    İndiki vəziyyətdə neyroimplantın beyinə inteqrasiyası üçün cərrah əməliyyatı tələb olunur. Bəlkə də nə vaxtsa bu proses peyvəndin vurulması kimi sadə prosesə çevriləcək. Lakin həmin vaxta kimi öz başını əməliyyat masasına qoyacaq insan çox az tapılar. Amerikalı və avstriyalı alimlərdən ibarət xüsusi qrup insan beyni ilə kompüter arasındakı qarşılıqlı əlaqənin qan damarlarına elektrodların yerləşdirilməsi vasitəsilə reallaşdırılmasını təklif edir. Bu istiqamətdə ilk təcrübələr artıq yekunlaşdırılıb. Belə ki, təcrübədə iştirak etmiş iki şəxsin venalarına stent yerləşdirilib.


Bu, özündə elektrodları birləşdirən xüsusi elastiki borudur. Növbəti mərhələdə tədqiqatçılar venadakı stenti beynin motor qabığının yanında olan damara kimi yönləndiriblər.

    Elektrodlar damar divarlarına bərkidilib. Bu üsul ilə beynin hərəkət siqnallarını təyin etmək mümkündür. İnsan hansısa hərəkəti etməyə çalışan zaman siqnal naqilsiz şəbəkə üzrə kompüterə infraqırmızı ötürücü vasitəsilə ötürülür. Həmin ötürücü isə öncədən cərrah əməliyyatı vasitəsilə insan sinəsinə yerləşdirilir. Kiçik təlimat kursundan sonra təcrübədə iştirak etmiş iki şəxs evə göndərilib. Nəticədə məlum olub ki, 2 həftədən sonra həmin 2 şəxs fikir gücü ilə kompüterdəki mouse işarəsini hərəkət etdirə və ona klikləyə bilib.

    Bunun vasitəsilə isə Windows 10-dan rahatlıqla istifadə etmək mümkündür. Hal hazırda alimlər bu layihə üçün maliyyə axtarışındadırlar. Onların verdikləri məlumata əsasən bu təchizat yalnız 1 bit məlumat əldə edə bilir. Bu isə genişmiqyaslı layihələr üçün yetərli deyil. Lakin bu cür texnologiya fiziki məhdudiyyətli şəxslərin evlərindən çıxmadan özlərinə internet üzərindən iş tapmalarına yardımçı olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nəyə görə Qualcomm yeni prosessorunu Snapdragon 875 deyil Snapdragon 888 adlandı..

Son illər ərzində biz öyrəşmişik ki, Qualcomm-un flaqman Snapdragon prosessorları 8x5 kimi adlandırı..


Performanslı nüvə, 5G modem, güclü süni zəka çipi : Snapdragon 888-in texniki öz..

Dünən Qualcomm şirkəti 1 dekabr tarixində təqdim edilmiş Snapdragon 888 flaqman mobil prosessorunun ..


Qualcomm şirkəti 5 nanometrlik Snapdragon 888 prosessorunu anons edib

Dünən Qualcomm tərəfindən keçirilmiş Tech Summit Digital 2020 tədbirinin ilk günündə şirkət Snapdrag..


Tədqiqatçılar internetdə qeydiyyatdan keçmiş domenlərin say statistikasını təqdi..

İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign..


Gələn ildən smartfonların qutularında cihazların təmir olunma mümkünlüyü reytinq..

Zəmanət müddətinin bitməsindən sonra smartfonun təmir olunması prosesi bir sıra qəliz nüanslardan ib..


Snapdragon 875 və Snapdragon 775G prosessorlarının bençmark performansları təqdi..

Artıq sabah Qualcomm şirkəti özünün Snapdragon Tech Summit 2020 tədbirini keçirdəcək.

×