Logo
    main-post-cover

    İnsana bənzər Fourier GR-1 adlı yeni robot təqdim edilib (VİDEO)

        Çinin Fourier Intelligence şirkəti insana bənzər Fourier GR-1 adlı robotu təqdim edib. Şirkət bu ilin sonuna kimi bu robotdan 100 ədədini istehsal etməyi planlaşdırır. Şirkət bildirib ki, sözügedən robot öz kütləsi qədər yük daşıya bilir. Fourier GR-1 layihəsinə 2019-cu ildə start verilib. Şirkət mühəndisləri sözügerdən robotu universal robot hesab edirlər. Robot öz növbəsində xəstə baxımında və fizioterapiyada yardımçı ola bilər. Robotun gövdəsində olan bənövşəyi tutacaqlar məhz xəstə insanların onlardan tutunmaları üçün nəzərdə tutulub.
        Fourier GR-1 165 sm hündürlüyə və 55 kq çəkiyə sahibdir. Robotun maksimal hərəkət sürəti saatda 5 km təşkil edir. Qeyd etmək lazımdır ki, Boston Dynamics şirkətinin Atlas adlı insana bənzər robotu 11 kq ağırlığında yük daşıya bilir. Fourier Intelligence şirkətinin sözlərinə əsasən Fourier GR-1 robotu isə 50 kq ağırlığında yük daşıma qabiliyyətinə sahibdir. Şirkət istehsal etməyi planlaşdırdığı 100 ədəd robotu əsasən elmi-tədqiqat mərkəzlərinə göndərəcək. Həmin mərkəzlərdəki robototexnika mütəxəssisləri isə onları test etmək imkanına sahib olacaqlar.
    Paylaş
    Bənzər xəbərlər