
İnsanı stressdən azad edəcək Lief adlı cihaz
Elm & Texnologiya
07.05.2017
Farid
San Fransiskodan olan startapçılar, sakitləşdirməyə kömək edən cihaz hazırlayıblar.
Belə ki, Lief adlı cihaz, insanda stressin olduğu barəsində
siqnal qəbul edəndən sonra sakitləşdirici vibrasiyalarla təsir edir. Lief, ingilis
dilindən tərcümədə "yaxın dost” deməkdir. Cihaz, bədənə taxıldığında paltarın
altından biliinmir. Cihaz anatomik formaya sahibdir və ürək nahiyyəsinə bərkidilir.
Onun korpusunun qalınlığı 6 mm-dir və o əyilə biləndir. Bir söznən o, qalın
plastıra bənzəyir. Cihaz orqanizmin 7 göstəricisini qiymətləndirir. Bura
daxildir ürək ritminin vəziyyəti, ürək döyüntüsünün göstəricisi, nəfəsalma
tezliyi, düşünmə səviyyəsi, hərəkət etmə aktivliyi və parasimpatik aktivlik.
Cihaz, ürək ritminin vəziyyətini yaxşılaşdıraraq stressi araşdırır və onun səviyyəsini
optimallaşdırır.
Lief, orqanizmə, stress ilə təbii mübarizə üsulunu öyrədir.
Əgər ürək ritmi vəziyyətinin göstəricisi aşağı olarsa onda cihaz vibrasiya etməyə
başlayır. Nəfəsalmanı və ürək ritmini normaya salmaq üçün cihaz, onları
sinxronlaşdırıb lazımi ritm vibrasiyaları yaradır. 3 dəqiqə ərzində insanın ürək
döyüntüsü göstəriciləri və nəfəsalma tezliyi normaya düşür. Beləliklə istifadəçi
heç bir dərman qəbul etmədən stressdən qurtulur. Lief-dən istifadə nəticəsində
ürək ritmi vəziyyəti 140% yaxşılaşır. Layihə Kickstarter vasitəsilə vəsait
toplayır və layihəyə köməklik etmiş ilk insanlar üçün cihaz 179$ qiymətinə
satılacaq. Bəli o qədərdə ucuz deyil. Lakin nəzərə alsaq ki, stress səbəbi ilə
insanların müraciət etdikləri xüsusi konsultasiyalar və psixoloqlar daha baha
başa gəlir, onda bu qiyməti münasib hesab etmək olar. Cihazlar ilk sahiblərinə
2017-ci ilin İyul ayında çatacaq. Onun sonrakı qiyməti isə 299$ təşkil edəcək.
Kickstarterdə starapçılara 50.000$ vəsait lazım idi. Lakin nəticədə onlar
181.000$ əldə etdilər.
Paylaş
Bənzər xəbərlər