
İnsanın smartfonla vahid hala gəlməsinin 7 əlaməti
Elm & Texnologiya
07.05.2017
Farid
2014-cü ildə amerikalı hakim Con
Roberts maraqlı bir fikir səsləndirmişdi. Onun fikrincə "smartfonlar o qədər
yayılmış bir cihaz halını alıb ki, əgər bizi yadplanetlilər ziyarət etsələr,
onlar həmin smartfonları insan orqanizminin vacib bir hissəsi hesab edərdilər”.
Maraqlı zarafat olsada da fikirləşdikcə anlamaq olar ki, bu zarafat artıq
reallığa çevrilir. Məsələn ABŞ-da yaşca böyük olan əhalinin 94%-i mobil
cihazlardan istifadə edir. Bunun 61%-ni smartfonlar təşkil edir. Hətta ən kasıb
ölkələrdə belə mobil şəbəkə artıq ənənəvi bir hal alıb. Məsələn Nigeriyada
yaşayan əhalinin yaşca böyük hissəsinin 90%-i mobil telefonlardan istifadə
edir. Bu statistikalar əsasında smartfonları insan orqanizminin vacib bir hissəsi
hesab etmək olarmı? Mütəxəssislərin proqnozlarına əsasən artıq 2023-cü ildə
insan bədəninə yeridilə bilən smartfonlar satışa çıxacaq. Sizlərə müasir
insanın smartfonla vahid olduğunu sübut edən 7 əlaməti təqdim edirik.
Sivilizasiya internetdən asılıdır
Əgər bütün dünya interneti 48 saata
söndürülsəydi onda bu, qlobal panikaya sabəb olardı. Bütün infrastrukturlarda zədələnmələr,
ərzaq və digər baza məhsullarının çatdırılmasında məhdudiyyətlər və qanunsuzluqlar olardı.
Bunlar şişirdilmiş hadisələr deyil. 2007-ci ildə tikinti işlərilə əlaqədar
olaraq Feniks şəhərini ümumdünya şəbəkə ilə birləşdirən magistral internet xətti
zədələnmişdir. Həmin xəttin bərpasına 12 saat vaxt sərf olunmuşdu. İlk baxışdan
12 saat çox qısa bir zaman dövrüdür. Lakin həmin 12 saat ərzində şəhərdə əsl
xaos hökm sürürdü. Belə ki, həmin müddətdə şəhərdəki bütün banklar fəaliyyətini
dayandırmışdı. Mağazalar insanları yalnız nağd pul qarşılığında içəri
buraxırdı. Polis idarələri yüksək döyüşə hazırlıq rejimində çalışırdılar. İndi
təsəvvür edin ki, bu hadisələr bütün dünyada baş verərək 48 saatı əhatə edib.
Bu zaman fəlakətin miqyasını başa düşə bilərsiniz. İnternetin faydası və
insanların sosial bağlılıqları barəsində mübahisə aparmaq olar. Lakin bir faktı
inkar etmək olmaz ki, müasir insan ümumilikdə internetdən asılı bir vəziyyətdədir.
Smartfonlar texnologiya sərhədlərini
genişləndirirlər
Smartfonların nə dərəcədə vacib
olduqlarını anlamaq üçün hər yeni model cihazın hansı dərəcədə insan kütləsinin
diqqətini özünə cəlb etdiyinə fikir vermək kifayətdir. Heç bir digər istehlakçı
texnologiyası bu qədər məşhur deyil. Məsələn hər ilin Sentyabr ayında "Apple” tərəfindən
keçirilən təqdimata milyonlarla insan baxır. Keçən əsrin 50-ci illərində Soyuq
Müharibə dövründə tərəqqi silahların ardınca gedridi. Müasir dövrdə isə tərəqqi
smartfonların ardınca gedir. Belə ki, məhz onların üzərində yeni istehlakçı
texnologiyaları yaranır.
Smartfonlar avtomobillərlə birləşirlər
Artıq söyləmək çətindir ki,
smartfonlar avtomobilin bir hissəsi olurlar yoxsa avtomobillər smartfonlar üçün
aksessuar xarakterini daşıyırlar. Bir fakt məlumdur ki, müasir avtomobil
smartfonla sıx əlaqəlidir. Avtomobil kompüterini Android və ya iOS platformalı
smartfonun davamçısına çevirmək üçün külli miqdarda tətbiqlər mövcuddur. Bəzən
bu cür sinxronlaşdırma təkcə avtomobilin media funksiyalarını idarə etmək üçün
deyil, həmdə avtomobilin digər vacib xüsusiyyətlərini idarə etmək və onun
texniki cəhətdən vəziyyətini öyrənmək üçün istifadə olunur.
Smartfonlar reallığı tamamlayırlar
Pokemon GO oyunu 2016-cı ilin ən məşhur
mobil oyunu olmuşdur. Lakin əsas məsələ burasındadır ki, oyun göstərdi ki,
insanlıq tamamlanmış reallıq texnologiyasına hazırdır və bu sahədə yeni layihələr
gözləyir. Artıq bizim dünyamız iki yerə ayırlır. Real və virtual. Həmin
dünyalar arasındakı keçid isə kamera və smartfon ekranı vasitəsilə həyata
keçirilir.
Smartfonlar insanlara bənzəməyə başlayırlar
Siri-nin ilk dəfə təqdim
olunmasından artıq uzun bir müddət keçib. Son illər ərzində səsli köməkçilər
daha da təkmilləşdirilmiş şəkilə gəldilər. Hər dəfə avtomatlaşdırılmış öyrənmə
hesabına süni zəka sistemi demək olar ki, dərk olunmaqda lazım olan dialoqları
anlayır və istifadəçinin əmrlərini yerinə yetirir. Beləliklə smartfonlar təkcə
mobil kompüter olmaqdan daha çox müasir istifadəçinin dostu və köməkçisi
olurlar.
Smartfonlar kompüteri əvəz edirlər
Kompüterlər hələki professional developerlər, dizaynerlər,
yazıçılar və jurnalistlərə lazımdırlar. Bir söznən o insanlara ki, böyük
ekransız və klaviaturasız keçinə bilmirlər. Lakin digərlərinə kompüter demıək
olar ki, lazım deyil. Belə ki, hansısa lazımi məlumatı internetdə tapmaqda və
ya dostlarla söhbət etməkdə istifadəçiyə sadəcə bir smartfon kömək edir. Artıq
bir çox internet portallar və ya servislər öz mobil tətbiqlərinə sahibdirlər.
Mobil gaming də hər il getdikcə məşhurlaşır. Başqa sözlə desək müasir
smartfonlar bir çoxları üçün kompüteri əvəz edə bilir.
Kompüterlər artıq insan bədəninə
yerləşdirilir
İmplantlaşdırılmış elektronik
cihazlar hələ texnologiya dünyasında yeni bir sahə olsa da heçdə fantastika
deyil. Əvvəldədə dediyimiz kimi növbəti 10 il ərzində insan bədəninə
quraşdırıla bilən smartfonların ortaya çıxması realdır. Lakin hələki
implantlaşdırılmış elektronik cihazlar yalnız tibbi xarakter daşıyır. Həmçinin
unutmaq lazım deyil ki, alimlər hər dəfə elektron cihazların sinir toxumaları
ilə sıx birləşdirilməsini təkmilləşdirirlər. Beləliklə yaxın gələcəkdə neyrointerfeyslər
yaradıla bilər. Həmin neyrointerfeyslər vasitəsilə isə insanlar bilavasitə
kompüter və ya smartfonlar ilə ünsiyyət qura biləcəklər.
Paylaş
Bənzər xəbərlər