
İnsanlar üçün iş tapılmasında yardımçı olan Stella.ai adlı süni zəka platforması
Elm & Texnologiya
15.12.2017
Stella.ai adlı startap böyük şirkətlərə iş sorğusu göndərən insanların milyonlarla CV-lərini analiz edən süni zəka platforması yaradıb.
Və əgər namizədlərdən kimlərisə
hansısa səbəbə görə işə götürməsələr, süni zəka həmin insanların məlumatlarını
müxtəlif təşkilatlara göndərir hansılardakı, sözügedən insanlar yararlı ola bilərlər.
Bu barədə Fast Company saytı xəbər verib. Böyük şirkətlər hər il 4.5 milyona
yaxın CV əldə edirlər. Bəzən isə vakansiyaların açılması üçün bütün dünyadan 10
milyona yaxın insan sorğu göndərir. Ehtimal ki, namizədlərin ümumi sayından
yalnız ən aşağı faizi müəyyən işi əldə edəcək. Stella.ai adlı yeni süni zəka
startapı CV-ni analiz edəndən sonra işverənin marağını çəkəcək təşkilatlara
yönləndirir.
“Biz eyni anda həm şirkətlər həmdə iş axtaranlar üçün yararlı ola
biləcək vakansiyaların süni zəka bazarını yaratmaq qərarına gəldik” – deyə
startapın təsisçisi Adam Zoia bildirib. Unilever, Hilton, JetBlue, Rackspace,
Charter, Allergan, HBO, Revlon və Estee Lauder də daxil olmaqla yüz ən böyük təşkilat artıq öz işlərində Stella.ai-dən istifadə edirlər. Bu şirkətlər artıq CV-ləri
öz qapalı fayllarında saxlamırlar. Əksinə onlar kadrlar haqqında məlumatları
digər şirkətlərlə paylaşırlar. Belə ki, adətən potensial əməkdaşların
ixtisaslaşması yüksək olur və onların 10%-ni ona görə işə götürmürlər ki, onlar
ya digər şəhərlərdə yada digər ölkələrdə yaşayırlar. Namizədlərin 5%-i isə öz
CV-lərini münasib olmayan vaxtda göndərirlər.
İdeal namizədə çox zaman iş barəsində
ona görə imtina olunur ki, onun yerini artıq çoxdan kimsə digəri tutur. 2-3
aydan sonra həmin iş yeri təsadüfi şəkildə azad olanda isə daha öncədən CV göndərmiş
şəxsin məlumatlarına fikir verilmir. Stella.ai isə konkret şəxsi HR xidmətinin
yadına salraq bu problemi aradan qaldırmağa çalışır. Bundan əlavə olaraq iş
axtaranların 40%-i heç düşünmür ki, onların bacarıqları digər sahədə faydalı
ola bilər. İş axtaranların daha 40%-i ona görə CV göndərmir ki, onlar ümumiyyətlə
hansısa şirkət haqqında eşitməyiblər və ya hansısa müəyyən şirkətdə onlara
uyğun işin olduğuna şübhə ilə yanaşırlar.
Süni zəka bütün imkanları analiz edərək
HR xidməti tərəfindən diqqət yetirilməmiş CV-ləri və namizədləri təklif edir.
Bir sıra məlumatlara əsasən bir şirkətə gndərilən CV-yə cavabın gəlmə ehtimalı
8.3% təşkil edir. Buna görə də iş axtaran insanlar işləmək istədikləri şirkətlərin
siyahısını tərtib etmək üçün çoxlu vaxt sərf edir və daha sonra ayrılıqda
olaraq hər bi təşkilat üçün öz CV-lərini uyğunlaşdırırlar. Stella.ai isə bunu
bir neçə klikə etmək imkanını verir. İş axtaranlar vakansiyalar üçün nəzərdə
tutulmuş süni zəka bazarına pulsuz qoşula bilərlər. Təşkilatlar üçün isə
Stella.ai-nin xidmətlərindən istifadə etmək 2000$-a başa gələcək. Təbii ki,
süni zəka nəticə etibarilə sizin işə qəbulunuza təminat vermir və nəticədə siz
işverənlə müsahibədən keçməli olacaqsınız. Lakin bu cür üsul həm şirkətlərin həmdə
iş axtaran insanların imkanlarını daha da genişləndirir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...