
İnsanlar yaxın gələcəkdə öz rəqəmsal məlumatlarını harda saxlayacaqlar?
Elm & Texnologiya
07.05.2017
Farid
Dünyada məlumatların miqdarı artmaqda davam edir. Onları necəsə qorumaq lazımdır. Çox güman ki, yaxın gələcəkdə məlumatların ənənəvi saxlanması üsullarının yerinə yeniləri gələcək.
Mütəxəssislərin hesablamalarına əsasən artıq 2020-ci ildə
bizim cihazlarımız ildə 44 ZB (zettabayt) (40 trilyon GB) məlumat icra edəcək. Artıq
indidən mütəxəssislər bu məlumatların saxlanmasının yeni üsullarını
araşdırırlar. Technote.az-ın "Thenextweb.com” saytına istinadən verdiyi xəbərə əsasən
bu üsullardan artıq 3-ü məlumdur.
Məlumatların DNT-də saxlanılması
Məlumatların DNT-də saxlanılmasıBizləri məlumatların saxlanılması sahəsində əsl inqilab gözləyir.
Belə ki, rəqəmsal məlumat DNT-nin ikili spiralına yerləşdirilə bilər. Məlumatların
saxlanılması sistemi kimi DNT çox rahat, kompakt və sarsılmaz üsuldur. 1 qram
DNT özündə 1 ZB rəqəmsal məlumatı saxlaya bilər. Alimlər süni DNT-lərin
yaradılmasına nail olublar. Onların vasitəsilə biz öz rəqəmsal məlumatlarımızı saxlaya və
qoruya biləcəyik.
Mini maqnitlər
Mini maqnitlərMəlumatların saxlanılması üçün nəzərdə tutulmuş maqnit
cihazlar sərt disklər kimi geniş yayılmışdır. İndi isə alimlər məlumatların
saxlanılması sahəsində yeni imkanlar yaradacaq biratomlu maqnitlər yaratmağa nail
olublar. Onlar nadir element olan Holmium vasitəsilə öz kiçik ölçüsünə
baxmayaraq maqnitdə maqnitləşdirmə xüsusiyyətini qoruyub saxlayıblar. Beləliklə
biratomlu maqnitlər gələcəkdə məlumatların saxlanılması üçün istifadə oluna bilərlər.
5D disklər
5D disklərMütəxəssislər məlumatları 5 ölçüdə kodlaşdırmağı bacaran
nanoquruluşlu şüşələrdən istifadə ediblər. Bunun sayəsində onlar bir neçə müddət
bundan öncə məlumatları milyardlarla il ərzində saxlaya biləcək üsulu ixtira
ediblər. Alimlər artıq bu disklərə bir çox böyük tarixi sənədləri yerləşdiriblər.
Həmin disklərin yaddaş həcmi 360 TB-a çatır. Bundan əlavə onlar 1000 dərəcə
temperatura qarşı dözümlü olurlar və mıəlumatları 13.8 milyard il ərzində saxlaya
bilirlər.
Paylaş
Bənzər xəbərlər