
İnsanları təhlükəli işlərdə əvəz edəcək Titan adlı robot təqdim edilib
Elm & Texnologiya
21.05.2025
Emil
RoboForce şirkəti insan üçün təhlükəli şəraitdə mürəkkəb tapşırıqları yerinə yetirmək üçün hazırlanmış sənaye robotu Titanı təqdim edib. Robot 1 mm dəqiqliklə işləyir, 40 kq-a qədər yük qaldıra bilir və manipulyatorlarının hərəkət radiusu 1100 mm-dir. Bu isə ona tutmaq, daşımaq, basmaq, bükmək və detalları birləşdirmək kimi əməliyyatları yerinə yetirməyə imkan verir. Titan-ın avtonom işləmə müddəti 8 saat təşkil edir. Onun modul konstruksiyası iki əsas baza variantını dəstəkləyir - təkərli və tırtıllı - və gələcəkdə məhsul xəttinin genişləndirilməsi planlaşdırılır.

RoboForce-un təsisçisi Leo Ma-nın sözlərinə görə, Titan sənayedə insanın rolunu yenidən düşünmək üçün ilk addımdır. Robot artıq günəş enerjisi, mədən, istehsal və kosmik sənaye sahələrində sınaqdan keçirilir. Yaxın vaxtlarda isə müştərilər üçün pilot proqramlara start veriləcək. Titan texnologiyası süni zəka və aparat təminatının birləşməsinə, eləcə də sistemin davamlı öyrənmə qabiliyyətinə əsaslanır. Robotun təqdimatı ilə paralel olaraq, şirkət əlavə 5 milyon dollar investisiya cəlb edib və ümumi maliyyələşdirmə həcmini 15 milyon dollara çatdırıb.
Bu vəsait komandanın genişləndirilməsinə və şirkət qərargahının Silikon Vadisinə köçürülməsinə yönəldiləcək. Orada müasir tədqiqat mərkəzinin inşası planlaşdırılır. Leo Ma-nın vurğuladığı kimi, bu addım RoboForce-un rutin və təhlükəli əməyin avtomatlaşdırılmış həllərlə əvəz olunması strategiyasına investorların inamını təsdiqləyir. Yaxın aylarda RoboForce müxtəlif sənaye sahələrinin tələblərinə uyğunlaşdırılmış yeni Titan modifikasiyalarını təqdim etməyi planlaşdırır. “Bizim məqsədimiz təkcə avtomatlaşdırma deyil, insanla robot arasında simbioz yaratmaqdır - burada insanlar yaradıcılıq tələb edən işlərə fokuslana biləcəklər” - deyə Leo Ma əlavə edib.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
