İnsanların kompüterləri vasitəsilə kriptovalyutaların yeni gizli mining üsulu aşkar edilib
Elm & Texnologiya
30.11.2017
Farid Pardashunas
Mütəxəssislər kriptovalyuta yığılmasının yeni gizli sxemini aşkar ediblər.
Bu sxem sayəsində istifadəçi əgər
bu prosesi hərəkətə gətirən saytdan çıxsa belə, kompüterin prosessoru çalışmağa
və yüklənməyə davam edir. Gizli şəkildə kriptovalyuta mining-i son aylarda çox
məşhurluq qazanıb. Belə ki, hackerlər sizin də xəbəriniz olmadan kompüterinizi
mining üçün istifadə edə bilərlər. Bu halda kriptovalyutaların yığılması, hack olunmuş və ya şəbəkə istifadəçilərinin kompüterlərinin gücünü işə salan kodu
özündə birləşdirən saytlardan istifadə edən istifadəçilərin kompüterlərinin mərkəzi
prosessorlar resursları hesabına aparılır.
Təbii ki, bu zaman əldə olunmuş gəlir
ya hackerlərə yada sayt sahiblərinin ciblərinə gedir. Lakin adətən bu sxemin
çalışma üsulu elə qurulub ki, mining prosesi istifadəçi saytda qaldığı müddətdə
davam edir. İstifadəçi həmin saytdan çıxan zaman isə bu proses dayanır. Lakin tədqiqatçılar
tərəfindən aşkar edilmiş yeni üsul vasitəsilə istifadəçi saytdan çıxsa və ya hətta
brauzeri bağlasa belə mining prosesi davam edir. Zərərli kod hər dəfə peyda
olan pəncərəni Windows-un aşağı paneldə yerləşən saatın arxasında gizlədir.
İstifadəçi həmin pəncərəni bağlamadığı müddətcə istifadəçidən gizlin şəkildə
prosessorun resurslarından istifadə olunaraq mining prosesi gedir. Bununla belə
prosessora olan yüklənmə hiss edilə biləcək səviyyədə olur. Lakin o, o səviyyəyə
çatmır ki, istifadəçi hansısa mühəndisə müraciət etsin. Mütəxəssislər qeyd
ediblər ki, yeni mining sxemi qarşısında istənilən brauzer və əməliyyat sistemləri
acizdir. Buna görə də onlar task manager vasitəsilə hansısa şübhəli əməliyyatların
və ən əsas da brauzerlərlə bağlı artıq olan əməliyyatların olub-olmadığını
yoxlamağı istifadəçilərə məsləhət görürlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ