main-post-cover

    İnsayder məlumatı: MediaTek şirkəti 2 ədəd 5 nanometrlik prosessor təqdim edəcək

    Elm & Texnologiya
    02.11.2020
    Emil Nəcəfov
        MediaTek şirkətinin Dimensity adlı mobil platformansı həm orta büdcəli həm də flaqman prosessorları özündə birləşdirir. Artıq müxtəlif brendlərdən olan bir çox smartfon modelləri bu prosessorlar ilə təchiz olunurlar. Lakin insayderlərin verdikləri yeni məlumata əsasən şirkət yaxın zamanda daha 2 flaqman prosessor təqdim edəcək.
        Məlumatda qeyd olunub ki, təqdim olunacaq yeni prosessorlar tamamilə yeni texnoloji proses əsasında hazırlanacaqlar. Bu barədə Gizchina saytı xəbər verib. Digital Chat Station ləqəbli məşhur çinli insayderin verdiyi məlumata əsasən yaxın zamanda MediaTek şirkətinin prosessorlar kataloquna MT6839 MT6891 kod adlarına sahib yeni modellər əlavə ediləcək. Məlumatda qeyd olunub ki, sözügedən prosessorlar ya 5 ya da 6 nanometrlik texnoloji proses əsasında hazırlanacaqlar və yüksək performanslı ARM Cortex-A78 nüvələrini əldə edəcəklər.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, şirkətin hal hazırda olan ən güclü prosessoru Dimensity 1000+ modeli 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb və Cortex-A77 nüvələrini əldə edib. MediaTek-in yeni prosessorları barəsində məlum olan tək şey ondan ibarətdir ki, onlar 5G dəstəyini əldə edəcəklər. Prosessorların təqdimatları bu ilin sonuna kimi baş tutmalıdır. 
    Linki kopyala