main-post-cover

    İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər

    Elm & Texnologiya
    22.09.2021
    Emil Nəcəfov
        Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessorunun performans yüksəlişi keçən ilki A14 Bionic ilə müqayisədə yüksək deyil. Lakin insayderlərin məlumatlarına əsasən diqqət çəkən performans yüksəlişini gələn ilki A16 Bionic prosessorunda gözləmək lazımdır. Qeyd etmək lazımdır ki, A15 Bionic modeli A14 Bionic-dən sadəcə 8% daha performanslı olub. Lakin A13 Bionic ilə A12 Bionic arasındakı bu fərq göstəricisi 20% təşkil edirdi. Artıq gələn il Apple şirkəti prosessorların istehsalı məsələsində 4 nanometrlik texnoloji prosesə keçid edə bilər.
        Prosessorlarda tranzistorların saylarının artırılmasından əlavə olaraq şirkət həmçinin yeni nüvə klasterlərinə keçid edə bilər. Məlumata əsasən Apple digər məhsullarının sahib olduqları prosessorlarının da təkmilləşdirilmələrini nəzərdən keçirdir. İlk növbədə söhbət, Apple kompüterlərində istifadə olunan fərdi ARM prosessorlardan gedir. Hələ bir neçə müddət bundan öncə öncə Samsung TSMC şirkətləri bildirmişdilər ki, onlar artıq 2 və 3 nanometrlik texnoloji proseslər üzərində işlərə start veriblər. 2 və 3 nanometrlik prosessorların istehsallarına 2025-ci ilə kimi start verilməsi gözlənilir. 
    Linki kopyala