
İnsayderlər Apple şirkətinin nə zaman 4 nanometrlik mobil prosessora keçid edəcəyini söyləyiblər
Elm & Texnologiya
20.11.2020
Emil
Apple şirkətinin iPhone 12 smartfonları 5 nanometrlik prosessor əldə etmiş ilk smartfonlar oldular. Trend Force analitik şirkətinin mütəxəssislərinin təqdim etdikləri hesabatda qeyd olunub ki, Apple şirkəti gələcək məhsulları üçün prosessorların istehsalı üzrə texnoloji prosesin təkmilləşdirilməsini planlaşdırır. Bununla yanaşı hesabatda şirkətin nə zaman 4 nanometrlik mobil prosessorlara keçid edəcəyi barəsində məlumat da yer alıb.
Bu barədə Gizmochina saytı xəbər verib. Analitiklərin məlumatlarına əsasən Apple şirkəti hal hazırda tayvanın TSMC şirkəti ilə əlaqələrini genişləndirir. TSMC şirkəti isə N5P normaları üzrə Apple A15 Bionic mobil prosessorlarının istehsalı ilə məşğul olacaq. 5 nanometrlik texnoloji proses əsasında hazırlanacaq Apple A15 Bionic prosessorunun istehsalına gələn ilin üçüncü rübündə start veriləcəyi gözlənilir.
Bununla yanaşı güman olunur ki, 2022-ci ilə kimi Apple şirkəti TSMC ilə birlikdə 4 nanometrlik prosessorların istehsalına keçid edəcək. Beləliklə Apple A16 Bionic prosessorunun 4 nanometrlik texnoloji proses əsasında hazırlanacağı gözlənilir. Heç istisna deyil ki, bu dəyişiklik həmçinin Apple noutbukları üçün nəzərdə tutulmuş Apple M1 adlı ARM prosessor seriyasını da əhatə etsin.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
