
İnsayderlər: Qualcomm Snapdragon 8 Gen 2 flaqman prosessorunun hazırlanmasına start verib
Elm & Texnologiya
20.12.2021
Emil
İnsayderlərin verdikləri məlumata əsasən Qualcomm şirkəti Snapdragon 8 Gen 2-nin hazırlanması üzrə işlərə artıq start verib və o, bazarda güman olunandan daha tez təqdim oluna bilər. Məlumata əsasən Qualcomm-un bu məsələdə tələsməsi bazardakı əsas rəqibi ilə vəziyyətin gərginləşməsinə görədir. Söhbət, MediaTek şirkətindən gedir. Belə ki, artıq bir müddətdir ki, mobil prosessor bazarının liderliyini məhz MediaTek qoruyur. Verilmiş məlumata əsasən Snapdragon 8 Gen 2 flaqman prosessorunun təqdimatı artıq gələn ilin may ayında baş tuta bilər.
Gözləntilərə əsasən növbəti flaqman prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal olunacaq. Analitiklərin sözlərinə əsasən növbəti flaqman prosessorunun daha qısa zamanda təqdim olunmasının əsas səbəbi MediaTek şirkətinin mobil prosessor bazarına təsiri ilə əlaqədardır. Aktual olan Snapdragon 8 Gen 1 prosessorunun əsas rəqibi kimi hal hazırda MediaTek Dimensity 9000 prosessoru qəbul edilir. Bununla belə Snapdragon 8 Gen 2 Samsung təchizatı ilə deyil, yalnız TSMC təchizatı ilə istehsal olunması üzrə fərqlənə bilər. Qualcomm-un növbəti flaqman prosessorunun hansı özəlliklərə sahib olacağı barəsində məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
