
İnsayderlər Qualcomm Snapdragon 8 Gen 4 prosessoru barəsində ilk məlumatları veriblər
Elm & Texnologiya
27.03.2023
Emil
Qualcomm hələ Snapdragon 8 Gen 3 prosessorunu təqdim etməyib. Lakin bununla belə insayderlər onun davamçısı olacaq Snapdragon 8 Gen 4 barəsində məlumatlar verməyə başlayıblar. Beləliklə insayderlərdən birinin vermiş olduğu məlumata əsasən Snapdragon 8 Gen 4 prosessorunda Qualcomm şirkəti ARM nüvələrdən imtina edəcək və onları fərdi nüvələri ilə əvəz edəcək. Belə ki, məlumata əsasən Qualcomm-un fərdi nüvələri daha böyük hesablayıcı gücə sahibdirlər.
Məlumatda qeyd edilib ki, Snapdragon 8 Gen 4 prosessoru Nuvia nüvələrinə sahib olacaq. Qeyd etmək lazımdır ki, Nuvia fərdi prosessorların hazırlanması ilə məşğul olan startapdır və Qualcomm 2021-ci ildə bu startapı alıb. İnsayder bildirib ki, Snapdragon 8 Gen 4 Nuvia Phoenix adlı 2 ədəd yüksək performanslı nüvəyə və Nuvia Phoenix M adlı 6 ədəd enerji effektivliyi nüvəsinə sahib olacaq. İnsayderin proqnozlarına əsasən Qualcomm-un gələcək prosessoru Geekbench 5 bençmark saytının bir nüvəli testi çərçivəsində 2070 xal, çox nüvəli testi çərçivəsində isə 9100 xal toplaya biləcək. Bu isə Apple M2 prosessorunun göstəricilərindən 2% yüksəkdir.
Paylaş
Bənzər xəbərlər