Logo
    Instagram-a ikili arxa kameraların funksiyası gəlir

    Instagram-a ikili arxa kameraların funksiyası gəlir

    Instagram tətbiqinin kodlarında fotolar üçün portret rejimi haqqında məlumatlar aşkar edilib.
      Görünür, bu məşhur servisə insanların və ya hansısa obyektlərin əks olunduqları fotolarda arxa fonun bulanıq effektinə düşməsi funksiyaı əlavə olunacaq. Bu barədə Techcrunch saytı xəbər verib. Yeni funksiyanın hətta ikonu da hazırdır. Qeyd etmək lazımdır ki, hal-hazırda sözügedən effekti əldə etmək üçün bir çox smartfonlar ikili arxa kameradan istifadə edirlər. Lakin məsələn Pixel 2 smartfonu həmin effekti bir ədəd kamera ilə əldə edir. Təbii ki, Instagram servisi bu effekti əldə etmək üçün sadəcə olaraq neyroşəbəkədən istifadə edə bilər.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Instagram-a ikili arxa kameraların funksiyası gəlir