main-post-cover

    Instagram istifadəçi məlumatlarının əldə olunmasına yol verib

    Elm & Texnologiya
    09.08.2019
    Farid Pardashunas
        Məşhur Instagram fotoservisi Hyp3r adlı marketinq şirkəti ilə əməkdaşlığı dayandırdı. Belə ki, bu əməkdaşlıq çərçivəsində Hyp3r şirkəti Instagram istifadəçilərinin məlumatlarını əldə edirdirlər. Bu barədə Business Insider saytına istinadən Rusbase saytı xəbər verib. Məlumata əsasən Hyp3r şirkəti Instagram istifadəçilərinin yerləşdikləri yerləri təyin edə, onların istfadəçi hesablarındakı məlumatları və Stories paylaşımlarını özündə saxlaya bilirdi.
        Bu isə birbaşa Instagram qaydalarının pozulması deməkdir. Hyp3r şirkəti məlumatları keçən ildən yığmağa başlamışdı. Lakin fotoservis bundan xəbərsiz idi. 7 avqust tarixində isə Instagram sözügedən servisə xüsusi məktub göndərdi və həmin məktubda şirkətin Instagram qaydalarını pozduğu barəsində məlumat əks olunmuşdu.
        “Hyp3r şirkətinin hərəkətləri bizim qanunlarımızı pozub. Nəticədə biz onları öz platformamızdan silmişik. Biz həmçinin Instagram-a bəzi dəyişikliklər əlavə etmişik və həmin dəyişikliklər digər şirkətlərə yerləşdikləri yerlər barəsində məlumatlara sahib səhifələrdən bu cür məlumatları əldə etməyə imkan verməyəcək” - deyə Instagram qeyd edib. Hyp3r şirkətinin hansı həcmdə istifadəçi məlumatı əldə etdiyi məlum deyil. Şirkətin özü isə bütün bunları təkzib edib və qeyd edib ki, onun əldə etdiyi bütün məlumatlar qanuni şəkildə əldə olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər