Instagram Stories'ə musiqi əlavə etmək funksiyası təqdim olundu
Elm & Texnologiya
29.06.2018
Farid Pardashunas
Instagram fotoservisi Stories
paylaşımlarına fon musiqisinin əlavə olunması funksiyasını təqdim etdi. Stories
paylaşımına musiqi əlavə etmək üçün sadəcə olaraq stikerlər bölməsinə daxil
olmaq lazımdır. Həmin bölmədə musiqi ikonu yerləşəcək. Musiqi ikonuna klik edərək
istifadəçi müxtəlif növ musiqilərdən ibarət yeni bölməyə keçid edəcək. Musiqi
seçimini edəndən sonra istifadəçi həmin
musiqinin lazımi hissəsini kəsib Stories paylaşımına əlavə edə bilər.
Musiqini
həmçinin videoçəkiliş zamanı da əlavə etmək olar. Belə ki, videoçəkiliş düyməsinin
altında xüsusi ikon yerləşəcək. Bu cür musiqi Stories paylaşımlarına baxacaq
digər şəxslər isə seçilmiş musiqini eşidəcək, həmin musiqinin adını və onu ifa
edən şəxsin adlarını stiker tərzində görə biləcəklər. Gələcəkdə musiqi bölməsinə
bir çox yeni musiqilər əlavə olunacaq. Sözügedən yeni funksiya yaxın zamanda
bütün istifadəçilər üçün aktiv olacaq. Bundan əlavə olaraq Instagram bildirib
ki, gün ərzində 400 milyon istifadəçi Stories bölməsindən istifadə edir.
Müqayisə üçün qeyd etmək lazımdır ki, Instagram-ın rəqibi Snapchat-dakı Stories
bölməsindən gündəlik 191 milyon istifadəçi istifadə edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək