main-post-cover

    Intel 28 nüvəli yeni prosessorlar istehsal edəcək: Skylake XCC

    Elm & Texnologiya
    07.06.2018
    Nijat Hamid
    Komputerlər üçün ən güclü prosessorları istehsal edən Intel şirkəti Computex 2018 sərgisində 28 nüvəli Skylake XCC adlı yeni prosessorları istehsal edəcəyini bildirdi. Hal-hazırda şirkətin Core i9 Extreme prosessoru 18 nüvəyə və İntel'in ən güclü prosessoru ünvanına malikdi. Intel rəsmiləri bu xəbər ilə texnologiya medyasının diqqətini bir xeyli çəkdi və Skylake arxitekturasının böyüməsi üçün bir sıra yeniliklər üzərində çalışdıqlarını bildirdi.
    28 Nüvəli Skylake XCC prosessorları bu ilin sonlarına doğru satışa çıxacaq.    
    Texniki parametrlərə baxdıqda isə, bu prosessorlar standart olaraq 2.7 GHZ tezlikdə və TurboBoost rejimdə isə 5 GHZ tezlikdə işləyəcək. Skylake arxitekturası üzərində qurulan bu prosessorlar 56 ədəd virtual nüvəyə malik olacaq. Cinebench testlərində isə 7334 xal toplayaraq gözlənilən nəticəni verəcəyi düşünülür. Skylake XCC prosessorlarının qiymətinin hansı aralıqda olacağı isə sərgi zamanı bəlli olmadı.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər