main-post-cover

    Intel prosessorlarında daha 8 yeni açıq ortaya çıxdı: Təhlükə artır

    Elm & Texnologiya
    05.05.2018
    Nijat Hamid
    Bir müddət əvvəl IntelAMD prosessorlarında SpectreMeltdown adı verilən açıqlar tapılmışdı. Bu açıqlar çipsetin istehsalı ilə bağlı olduğu üçün heç bir halda ortadan qaldırıla bilmirdi. Buna görə hətta yenilənmə yayımlayaraq, çipsetlərin performansını azaltmışdılar. Bu gün isə Intel üçün daha pis xəbər gəldi.
    C'T Magazine tərəfindən hazırlanan məlumatlara görə, İntel çipsetlərində 8 yeni açıq aşkar edildi. Bu açıqlara isə Spectre Next Generation adı verildi.    
    Intel rəsmilərindən olan Leslie Culbertson bu açıqlar ilə bağlı istifadəçiləri məlumatlandıracaqlarını bildirdi. Və qeyd edir ki, sisteminizi yeniləyin. Hazırlanan bildirim hesabatlarına görə, bu 8 yeni açıq əvvəlki Spectre açığı ilə eyni səbəbdən yaranıb. Intel 8 açıqdan 4-ünü yüksək riskli olaraq qeyd edib. Spectre Next Generation adlanan bu problemlərin aradan qaldırılması üçün MayAvqust aylarında yenilənmə yayımlanacaq. May ayında ilk 4 riskli açıq həll ediləcək, Avqustda isə digər az riskli 4 açıq bağlanacaq. Görək əvvəlki kimi yayımlanan bu yenilənmələr prosessorların gücünü zəiflədəcək mi ?

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər