main-post-cover

    Intel şirkəti Huawei ilə məkdaşlığı bərpa edib

    Elm & Texnologiya
    02.08.2019
    Emil Nəcəfov
        Görünür, ABŞ prezidenti Donald Trump-ın söz verdiyi kimi Huawei ilə ABŞ hökuməti arasındakı münasibətlər yaxşılaşmağa doğru gedir. Belə ki, Intel şirkəti Huawei il əəməkdaşlığı bərpa edib. Bu barədə Business Insider saytına istinadən Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, ABŞ-ın ticarət nazirliyi tərəfindən Huawei şirkəti qara siyahıya salınandan sonra bir çox ABŞ şirkəti onunla əməkdaşlıqdan imtina etmişdi.
        Onların arasında Intel şirkəti də var idi. Lakin indi Intel şirkətinin general direktoru olan Bob Swan təsdiqləyib ki, şirkət ikinci rübdə Huawei ilə əməkdaşlığı bəra edib və onun üçün çip istehsalına yenidən başlayıb. İlk növbədə bu, noutbuk modelləri üçün olan prosessorlardır. Intel bildirib ki, o, ABŞ qanunvericiliyinə tabe olub və əməkdaşlıq üçün dövlətdən icazə istəyib. Dövlət isə ümumi istifadə üçün nəzərdə tutulmuş çiplərin satılmasına icazə verib. Bununla yanaşı ABŞ hökuməti yaxın müddətdə Intel şirkətinin digər məhsullarının satılması məsələsinə də baxmalıdır.
    Linki kopyala