
İnternetdə qeyri-adi kamera sisteminə sahib gizli Nokia modelinin fotosu sızdırılıb
Elm & Texnologiya
05.09.2018
Emil
Nokia smartfonlar seriyasına uzun
müddətdir ki, Nokia 9 modelinin əlavə olunması gözlənilir. Bu, özəl xüsusiyyətlərə
sahib flaqman modeli ola bilərdi. Bu barədə artıq bir neçə müddətdir ki, bir
sıra şayiələr gəzir. Bugün isə internetə Nokia-nın bilinməyən modelinin fotosu
sızdırılıb. Sözügedən smartfon barəsində heç bir məlumat yoxdur. Bir neçə müddət
bundan öncə məlumat yayılmışdı ki, HMD Global şirkəti TA-1131 kod adlı Nokia
smartfonu üzərində çalışır. Bəlkə də yayılmış fotoda əks olunan smartfon məhz həmin
kod adına sahibdir?

Nokia 9 (TA-1131) modelinin texniki göstəriciləri barəsində
yalnız fantaziyalar qurmaq olar. Çox güman ki, smartfon Snapdragon 845
prosessoru, 6/8 GB RAM və qeyri-adi kameralar sistemi ilə təchiz olunacaq.
Yayılmış fotoda əks olunmuş smartfonun arxa panelində neçə ədəd kameranın
olduğunu söyləmək çətindir. Lakin görünür, smartfon minimum 3 arxa kamera ilə təchiz
olunacaq. Digər dairəvi hissələr isə infraqırmızı fokus və digər ötürücülər ola
bilərlər. Bəlkə də bu kameralar əfsanəvi PureView brendinin geri qayıtmasına
işarə edir?
Paylaş
Bənzər xəbərlər