main-post-cover

    İnternetdə Snapdragon 855 prosessoruna sahib Redmi modelinin fotosu ortaya çıxıb

    Elm & Texnologiya
    01.04.2019
    Emil Nəcəfov
        Çinli insayder Weibo sosial şəbəkəsində Redmi brendinin flaqman smartfon modelinin fotolarını paylaşıb. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim olunmuş fotolardan birində Xiaomi şirkətinin CEO-su Lin Bin əks olunub və onun əlində hansısa smartfon modeli var. Lakin mənbənin verdiyi məlumata əsasən əsas diqqət çəkən cihaz məhz fotodakı stolun üzərində yerləşən cihazdır. Məlumata əsasən bu, Snapdragon 855 prosessoruna sahib Redmi flaqman smartfonudur.

        Məlumata əsasən sözügedən smarttfon heç bir çıxıntı hissəyə sahib olmayan ekran, 3.5 mm-lik audiogiriş və bir neçə rəng variantına sahib gövdə ilə təchiz olunacaq. Mənbə həmçinin bildirib ki, Redmi brendinin flaqman smartfon modeli gövdənin yuxarı hissəsinə inteqrasiya ediləcək ön kameraya da sahib olacaq və lazımi vaxtda o, xarici hissəyə çıxacaq. Son yayılmış məlumatlara əsasən yaxın müddətdə Redmi brendinin flaqman smartfon modelini gözləməyə ehtiyac yoxdur. Belə ki, smartfon hələki test mərhələsini keçir.

    Linki kopyala