Reklam
İnternetdən pul qazanmağın 5 yolu - 2022

İnternetdən pul qazanmağın 5 yolu - 2022

Texnologiya
09.04.2022 PAYLAŞIM

    Bizə pul qazanmağa imkan yaradan ilk saytımız teespring.com-dur. Bu sayt “print on demand” məntiqi ilə çalışır. Yəni trendə olan bir mövzü, şəkil, mem ilə bağlı qısa zamanda t-shirt, keys, dekorativ əşya hazırlayıb, öz mağazanızda sata bilərsiniz. İstənilən bir dizaynda məhsul hazırlayırsınız, qiymətin müəyyən edirsiniz, sayt isə sizə özü bir domendə səhifə yaradır, məhsulu hazırlayır və siz əlinizi heçnəyə vurmadan çatdırılmanı edir. Buradan sizin etməli olduğunuz tək şey, dizaynı vermək və hazırlanan məhsula müştəri tapmaqdır. Mağazanın pulunu ödədikdən sonra məhsulun üzərinə qoyacağınız məbləğdə sərbəstsiniz.  

    İkinci haqqında danışacağımız sayt patreon.com-dur. Yəqin ki, bir çox YouTube kanallarından bu barədə eşitmisiniz. Adətən bloqlar və YouTuber-lər daimi patron axtarışına çıxırlar. Patron isə elə patreon-da həmin bloqerə dəstək olan insanlara deyilir. Yəni, siz əgər yaradıcı şəxssinizsə, müəyyən kontent istehsal edib, özünüzə aylıq abunəlik qarşılığında dəstəkçi yığmaq istəyirsinizsə, patreon.com köməyinizə çatacaq. Bu saytda öz abunəlik səhifənizi yaratmaqla aylıq qiymətlər müəyyən edib, abunəçi yığa bilərsiniz. Həmin abunəçilər isə yaratdığınız məzmunlara görə sizə aylıq ödəniş edəcək. 


    İşlərimizi və bacarıqlarımızı satmaqda bizə kömək olan 3-cü sayt dünyaca məşhur “fiverr.com” platformasıdır. Fiverr.com-da satıcı profili yaratmaqla bacarıqlarımızı bütün dünyaya sata bilərik. Məsələn, deyək ki, azərbaycan, rus, ingilis dillərində mətn səsləndirə bilirik. Sadəcə bu platformada satıcı olaraq qeydiyyatdan keçib, bu bacarığımızı müəyyən qiymətə satışa qoyuruq. Bütün dünyadan olan alıcılar isə bizə pul ödəyərək, səsimizdən istifadə edə bilir. Burada tək səs yox, dizayn, proqramlaşdırma, videoqrafiya, şəkil çəkmə kimi 100-lərlə bacarıq və peşə satmaq mümkündür. 

    Nömrə 4: Etsy.com - bu platforma istifadəçilərinə öz əl işlərini bütün dünyada satmağa imkan yaradan sayt təqdim edir. Etsy.com-da satıcı olmaqla hazırladığınız əl işlərini bu sayt vasitəsilə bütün dünyadan əl-işlərinə dəyər verən və hədiyyə axtaran insanlara sata bilərsiniz. Bu platforma üzərindən satış edən zaman unutmaq lazım deyil ki, siz məhsulu poçt vasitəsilə qarşı tərəfə göndərməli olacaqsınız.

    Bizə pul qazandıracaq ən rahat platformalardan 5-ci isə sözsüz ki, TikTok-dur. TikTok istifadəçilərinə pul qazandırmaq üçün canlı yayım imkanı təklif edir. Siz bu platformada yayımlar edib, canlı yayım duellərində iştirakla, dəstəkçilərinizdən hədiyyələr toplaya bilərsiniz. Daha sonra bu hədiyyələri almazlara dəyişib, yığlan pulları bank hesabına köçürmək mümkündür. Kanalımızda bununla bağlı detallı video yer alır. Keçid edib, izləyə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×