main-post-cover

    İnternetə çıxışı olmayan düyməli telefonlara maraq artır: Səbəb nədir?

    Elm & Texnologiya
    20.08.2018
    Farid Pardashunas
        2017-ci il ərzində internetə çıxışı olmayan düyməli telefonların satışları 5% artıb. Köhnə tərz telefonlara bu cür marağın artması uzun illərdən bəri ilk dəfədir. Bununla yanaşı smartfonların satışları isə 2% yüksəliş sərgiləyib. Mobil telefon alışında seçimin bu cür dəyişməsinin əsas səbəbi isə insanların sadəcə olaraq sosial şəbəkələrdən yorulmaları ola bilər. Belə ki, bir çox istifadəçilər bilərəkdən özlərini sosial şəbəkələrə daxil olmaqda məhdudlaşdırırlar. Məlumata əsasən orta statistik istifadəçi hər 12 dəqiqədən bir öz smartfonundakı müxtəlif bildirişləri və xəbərləri yoxlayır.
        Bir neçə müddət bundan öncə aparılmış tədqiqat nəticəsində isə məlum olmuşdu ki, ingilislərin 78% ümumiyyətlə öz həyatlarını mobil telefonsuz təsəvvür edə bilmir. Adətən yuxarı yaş insanlar gün ərzində 2 saat 28 dəqiqə online olurlar. 18-24 yaşlı insanlar arasında bu göstərici isə 3 saat 14 dəqiqə təşkil edir. İnternetdən asılılıq problemi həmçinin smartfon istehsalçılarını da narahat etməyə başlayıb. Belə ki, İyun ayının sonunda təqdim olunmuş iOS 12 betasında istifadəçinin sosial şəbəkə və messencerlərdə nə qədər müddət keçirtdiyini izləmək və onlara daxil olmaqda məhdudlaşdırıcı zaman limiti qoymaq imkanı yarandı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər