
İnternetin 25 yaşı tamam olub
Elm & Texnologiya
07.05.2017
Farid
İnternet öz inkişafında daha bir mərhələni geridə qoydu. 6 Avqust 1991-ci ildə - yəni 25 il bundan öncə dünyada ilk veb-sayt istifadəyə verildi.
Onun müəllifi Tim Berners-Lee idi. Dünyadakı ilk veb-səhifəsində
isə World Wibe Web (WWW) layihəsinin təsviri əks olunmuşdur. Layihənin kütləvi
startı isə 23 avqust tarixində baş vermişdir. Məhz 23 avqust ümmumdünya
internet şəbəkəsinin işə salınması kimi tarixə həkk olundu. Bu texnologiyanın
növbəti inkişaf mərhələsi isə 1993-cü ildə ilk veb-brauzer Mosaic-in
yaradılması oldu. Tim Berners-Lee-nin bu işi inqilab etmək deyil akademik əməkdaşlığın
yaradılmasına yönəlmiş bir cəhd idi. Lakin şübhəsiz ki, 1991-ci il kommunikasiya
sahəsinin təməlli inkişafına start vermişdir.
Paylaş
Bənzər xəbərlər