main-post-cover

    İnternetin yaradıcısı Tim Berners-Lee Facebook ilə Google şirkətlərinin çöküşünü proqnoz etdi

    Elm & Texnologiya
    02.11.2018
    Farid Pardashunas
        Ümumdünya internetin yaradıcısı olan Tim Berners-Lee GoogleFacebook kimi böyük şirkətlərin çöküşünü proqnoz etdi. Bu barədə öz əminliyini o, Reuters saytı ilə olmuş müsahibəsində qeyd edib. Reuters jurnalistləri il söhbətində Tim Berners-Lee Google və Facebook kimi böyük şəbəkə şirkətlərinin yaxın gələcəkdə çöküşlərinin ehtimalını bildirib. Çöküşün səbəbi kimi o, vəsaitlər ilə hakimiyyətin bir böyük şirkətdə cəmlənməsini və həmin şirkətin bazardakı qaçılmaz monopoliyasını adlandırıb.
        “Gec-tez bu, bazarda bir şirkətin monopoliyasına gətirib çıxardır. Nəticədə çöküşdən başqa bir alternativ variant yoxdur” – deyə Tim Berners-Lee bildirib. Bundan əlavə olaraq o, müasir texnologiyaların mütəmadi şəkildə təkmilləşməsi və inkişafı məsələsinə də toxunub. Bu baxımdan məsələn Google ilə Facebook şirkətlərinin çöküşlərinə istifadəçilərin digər internet platformaları və servislərə üstünlük vermələri gətirib çıxara bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər