main-post-cover

    İnvestor Jim Chanos: 'İnsanlar Tesla-ya deyil, Elon Musk-a investisiya yatırırlar'

    Elm & Texnologiya
    20.11.2017
    Farid Pardashunas
    İnvestor Jim Chanos qlobal investisiya sammiti Reuters-də çıxış edən zaman bildirib ki, yaxın 3 il ərzində “Tesla” şirkətini səhmlərin aşağı düşməsi gözləyir.
    Onun sözlərinə əsasən böyük kredit yüklənməsi nəticəsində “Tesla” günümüzdə elektromobil istehsalına başlamış digər avtomobil istehsalçıları ilə rəqabətə dözə bilməyəcək. Bu barədə Clean Technica saytı xəbər verib. “Kynikos Associates” investisiya şirkətinin CEO-su Jim Chanos güman edir ki, diqqətini “SpaceX”də cəmləmək üçün 2020-ci ildə Elon Musk “Tesla” şirkətinin CEO- vəzifəsindən gedəcək.
    “Bu, bir çox investorların çıxıb getməsi ilə nəticələnəcək. Belə ki, insanlar Tesla-nın avtomobillərinə deyil, məhz Elon Musk-a investisiya yatırırlar” – deyə Jim Chanos bildirib.
    Jim Chanos “Tesla”nı kredit balansı sərhədi, şübhəli mühasibat uçotu, həmişə dəyişən menecment və həqiqət ilə qəliz münasibətdə olan idarəedici insanla tarazlıqda olan milyardlarla dollar zərər edən şirkət adlandırıb. “Tesla”nın tərəfində olan insanlar qeyd edirlər ki, şirkət hələ bir neçə il bundan öncə gəlirli ola bilərdi. Külli miqdarda vəsait itkilərinin əsas səbəbi yüksək sürətli böyümədir.
    Lakin bu cür üsulla vaxtı ikən “Amazon” şirkəti də getdi. Nəticədə isə o, müsbətə çıxmağı bacardı. Məlumata əsasən il ərzində “Tesla”nın səhmləri 44% yüksəldi və “General Motors” şirkətindən daha bahalı şirkət oldu. Baxmayaraq ki, o, gəlir əldə etmir.
    “Görünür, Tesla-nı avtomobil şirkəti kimi nəzərə almırlar. Onu sadəcə olaraq Musk-ın şirkəti kimi nəzərə alırlar. Şirkətin səhmlərinin digər insanlar tərəfindən alınmasının əsas səbəbi Musk özüdür” – deyə Jim Chanos bildirib.
    Bu ay “Tesla” şirkəti külli miqdarda vəsait itkisi barəsində xəbər verdi və Model 3 avtomobilinin iri miqyaslı istehsalat prosesinin 3 ay sonraya təxirə salındığını bildirdi. Şirkət qeyd etdi ki, 2018-ci ilin birinci rübünün sonuna kimi həftə ərzində 5000 avtomobil istehsal edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər