
iOS 10-a iMessage yenilənməsi gəlib. Yeni funksiyalar hansılardır?
Elm & Texnologiya
07.05.2017
Farid
Yeni əməliyyat sistemi olan iOS 10-da iMessage köklü dəyişikliklərə sahib olub. Şirkət iMessage-də yeni ünsiyyət imkanlarından bəhs edəndə məhz bunları nəzərdə tuturdu.
Artıq iMessage ekranda əks etdirilməsi mümkün olan hava
şarı, fişənglər və s. kimi animasiyalı simvolları dəsətəkləyir. Görünməz mürəkkəb
ilə yazılmış mətnli ismarıcları isə bir barmaq toxunuşu ilə görmək mümkündür.
iMessage-in digər bir maraqlı funksiyası məlumatların detektorudur.
Technote.az-ın "Macdigger.ru” saytına istinadən verdiyi xəbərə əsasən bu
texnologiya çatda qeyd olunmuş hər-hansı bir mövzu haqqında məlumatın sürətlə
tapılmasına imkan verir. Tətbiq bir neçə növ məlumatları (musiqilər, ifaçılar,
filmlər, aktyorlar və s.) dəstəkləyir. İstifadəçi bir toxunuşla qeyd olunmuş
mövzu barəsində məlumat əldə edə biləcək. Qeyd edək ki, bu funksiya ilk dəfə
1997-ci ildə Mac OS X-də reallaşdırılmışdır. Daha sonra funksiya iOS-ə
inteqrasiya olunaraq əməliyyat sisteminə mətndə avtomatik olaraq nömrə və
ünvanları təyin etməyə imkan verirdi.
iOS 10-da məlumatların detektoru funksiyası mətnlərdə
multimedia məzmunu dəstəyinə sahib olub. Məsələn əgər istifadəçi çatda hansısa
filmi qeyd edərək ismarıc göndərsə iMessage həmin filmin adını linkə çevirəcək.
Həmin linkə daxil olaraq istifadəçi film haqqında ətraflı məlumatı (məzmunu,
reytinqi, aktyorlar siyahısı, əldə etdiyi gəlir) əldə edə biləcək. Bundan əlavə
olaraq bir toxunuşla filmi almaq və ya icarəyə götürmək üçün iTunes-a daxil
olmaq olar. Məlumatların detektorundan əlavə olaraq iMessage mətni avtomatik
olaraq simvol və ya emosiyalara çevirən ipucu dəstəyi, linklərin media məzmunları
dəstəkləməsi və Tapback texnologiyası (bir toxunuşla ismarıca cavab verməyin
sadə üsulu) ilə də təmin olunub.
Paylaş
Bənzər xəbərlər