
IOS 10 beta 3-də yeni faydalı funksiya aşkarlanıb
Elm & Texnologiya
07.05.2017
Farid
IOS beta 3 18 iyul tarixində təqdim olundu. Reddit istifadəçiləri
sistem təminatını öz iPhone və iPad-lərinə yükləyərək yeni faydalı funksiyanı
aşkar ediblər. Yeni funksiya cihazların zərər görməsinin qarşısını alacaq. IOS
10 beta 3 köhnə sistem təminatı versiyalarından fərqli olaraq cihazın Lightning
girişində nəmişliyin olması haqqında məlumat verir. Sistem təminatının bu
haqda necə məlumat alması barəsində Apple heç bir açıqlama vermir. Lightning
girişində nəmişlik olarsa IOS 10 cihazın ekranına növbəti ismarıcı yerləşdirir.
"Lightning aksesuarını söndürün. Lightning girişinə maye daxil olub. Sizin
iPhone cihazınızı qorumaq üçün Lightning aksesuarını söndürün və girişin
qurumasını gözləyin”. Sözügedən ismarıcı "Ignore” düyməsinə klikləyərək bağlamaq
olar. Bu halda sistem məlumat verəcək ki, cihazın enerji yığması ona zərər verə
bilər. Bir neçə vaxt bundan əvvəl məlumat yayılmışdı ki, iPhone 7 suyadavamlı
korpus ilə təchiz olunacaq. Yeni aşkar edilmiş funksiya bu məlumatı biraz da
olsun təsdiq edir.
Paylaş
Bənzər xəbərlər