iOS 11-in final versiyası sızdırıldı və iPhone 8 haqqında bəzi məlumatlar təsdiq olundu

09.09.2017 0 PAYLAŞIM 1026 OXUNMA

Yeni iPhone modellərininin təqdimatına sayılı günlər qalıb.

12 Sentyabr tarixində “Apple” şirkətinin, keçən ilki iPhone 7iPhone 7 Plus modellərinin yeni versiyalarını və təbii ki, iPhone 8-i (başqa adı ilə iPhone X Edition) təqdim edəcəyi gözlənilir. Məlumata əsasən iPhone 8, OLED ekranla təchiz olunacaq və bir çox yeni funksiyalara sahib olacaq. İnternetə isə artıq iOS 11 əməliyyat sistemi sızdırılıb. Sızıdırılmış əməliyyat sistemini incələmiş mütəxəxssislər, iPhone 8 barədə maraqlı məlumatları əldə ediblər. İncələnmiş əməliyyat sistemində iPhone 8-in dizayn fotolarına rast gəlinib. Həmin fotolara baxanda, smartfonun necə görünəcəyi haqqında heç bir şübhə qalmır.


Apple Pay-ə tez daxil olmaq üçün smartfonun yandırıb söndürmə düyməsinə iki dəfə klik etmək kifayət edəcək. Həmin knopkanı uzun zaman basılı saxladıqda isə Siri işə düşəcək. Sözügedən düymə ilə səs artırma düyməsini eyni anda basmaq sayəsində SOS əməliyyatını işə salmaq mümkün olacaq. Bir sıra məlumatlara əsasən iPhone 8, “Samsung” şirkətinin istehsal etdiyi 5.8 inç-lik OLED ekranla təchiz olunacaq. Sonuncu iPad Pro modellərində olduğu kii yeni iPhone modelində də True Tone Display funksiyası olacaq. Bu funksiya, mühitdən aslı olaraq ekrandakı ağ rəngin avtomatik balanslaşdırılmasına yardımçı olur.


iPhone 8-in interfeysi:

iPhone 8-də əvvəlki iPhone modellərində sistem idarəetməsi üçün nəzərdə tutulmuş fiziki Home düyməsinin olmayacağına görə, “Apple” onu əvəzləyən üsul tapıb. iPhone 8-də işə salınacaq bütün tətbiqlərin aşağı hissəsində “Home” düyməsini əvəzləyəcək dinamik zolaq hissəsi olacaq. Bunun necə görünəcəyi aşağıdakı foto nümunələrində əks olunub.

iPhone 8-in blockdan çıxarılma sistemi:

iPhone 8-də ümumiyyətlə Touch ID funksiyası olmayacaq. Onun yerinə istifadəçi üzü skanı Face ID gələcək. Məlumata əsasən kamera, istifadəçinin üz hissəsini sürətli şəkildə skan edəcək. Bu halda istifadəçi, kameraya düz bucaq altında baxmalı olacaq. Face ID-nin ayarlanması haqqında təlimat videosu aşağıda əks olunub.

iPhoen 8 kamerası:

iPhone 8, aşağıda qeyd olunmuş formatlarda videolar çəkə biləcək:

- Saniyədə 240 kadr tezlikli 1080p keyfiyyətli videolar

- Saniyədə 24 kadr tezlikli 4K keyfiyyətli videolar

- Saniyədə 60 kadr tezlikli 4K keyfiyyətli videolar.

Portret çəkilişi üçün Portrait Lightning funksiyası əlavə olunacaq. Bu funksiya isə müxtəlif rejimləri dəstəkləyəcək: Contour Light, Natural Light, Stage Light, Stage Light MonoStudio Light. Çox güman ki, bu rejimlər sayəsində portret çəkilişi zamanı kameranın işıqlandırma sistemindən müxtəlif vəziyyətlərə görə istifadə etmək mümkün olacaq. Bu funksiyaların köhnə modellər üçün də təqdim olunub-olunmayacağı bilinmir.

Animasiyalı smayliklər:

iOS 11-də istifadəçilər öz baş hərəkətlərini təyin edib səslərini yazaraq, bu məlumatlar əsasında Animoji adlı animasiyalı smayliklər yarada biləcəklər. Həmin animasiyalı smayliklər aşağıdakı kimi görünəcəklər:

Yenilənmiş AirPods:

İnternetə sızdırılmış iOS 11-in final versiyasında həmçinin yenilənmiş naqilsiz AirPods qulaqlıqları haqqında da məlumatlar aşkar edilib. Xarici görünüşdə olan dəyişikliklərdən, batareyadakı enerjinin göstərici indikatorunun ön hissəyə yerləşdirilməsini qeyd etmək olar.