iOS 11.4 ilə gələn yeniliklər: iOS 12 öncəsi son yenilənmə olacaq

31.03.2018 0 PAYLAŞIM 1118 OXUNMA

Yaxın günlərdə bildiyimiz kimi iOS 11.3 yenilənməsi istifadəçilər üçün yayımlandı. İlk öncə 9.7 inch iPad, sonra isə bütün cihazlar üçün yayımlanan yenilənmə bir xeyli istifadəçini razı salmışdı. İndi isə sıra iOS 11.4 yenilənməsindədi.



iOS 11.4 yenilənməsi iOS 12 üçün hazırlıq yenilənməsi kimi düşünülür və iOS 12 çıxmadan öncə cihazların alacağı son yenilənmə olacaq.       

iOS 12 üçün stabillik və performans olaraq fokuslanan Apple, cihazları üçün son yenilənmə olacağı düşünülən iOS 11.4 üzərində işləyir ( 11.4.1 kimi yenilənmələr gələ bilər). iOS 11.4 ilə birliktə gələcək yeniliklər isə belədir:

ClassKit    

9.7 inch olan yeni və "Ucuz" versiya olan iPad ilə gələn ClassKit digər modellərə də gələcək. MicrosoftGoogle kimi rəqibləri ilə təhsil sahəsində də rəqib olmağa çalışan Apple, SchoolWork adındakı tətbiqini istifadəçilər üçün yenilənmə ilə birliktə yayımlacaq. Bu tətbiq ilə siz təhsilinizlə bağlı çalışmaları izləyə biləcəksiniz və müəllim-şagird münasibətlərinin də artması üçün fayda olacağı düşünülür. Ayrıca aldığınız təhsilə görə tətbiq özəlləşdirilə biləcək.

AirPlay 2    

Bu funksiya əslində iOS 11.3 ilə gəlməsi planlanırdı, lakin bilinməyən səbəblərdən ötrü Apple bunu iOS 11.4 yenilənməsi üçün saxladı. 2-ci nəsil AppleTVAirPod sahibləri üçün eyni anda müxtəlif cihazlara bağlanılaraq musiqi dinləməyinizi təmin edən bu funksiya iPhoneiPad istifadəçilərini bir xeyli sevindirəcək.

iCloud Mesajlar    

iMessage üzərindən olan bütün mesajları iCloud-a toplayacaq bu dəstək hesabına artıq yeni iPhone alanda köhnə telefondakı mesajları asandlıqla sinxrozasiya edə biləcəksiniz. Hal-hazırda bunun üçün 3-cü tip proqramlardan istifadə edilsə də, iOS 11.4 ilə birliktə artıq rəsmi olaraq proqramsız etmək olacaq.

iOS 11.4 yenilənməsinin WWDC 2018 konfransında təqdim edilməsi və istifadəçilərə yayımlanacağı düşünülür.



<