
iOS 11.4 Jailbreak edilə biləcək: Beta 4 üçün Jailbreak proqramı artıq hazırdır
Elm & Texnologiya
10.05.2018
İstifadəçilərin bir çoxu iOS sistemini Jailbreak edərək əlavə funksiyalar əldə edir. Amma Apple şirkəti buna qarşı olduğu üçün bu açıqlar bağlanır. Bir müddət əvvəl yayımlanan iOS 11.4 Beta 4 üçün Jailbreak proqramı hazırdır. Bu ona işarət verir ki, əgər Apple bir sonrakı Beta-da bu açıqları bağlamasa 11.4 sistemini Full-Jailbreak etmək mümkün olacaq.
iOS 11.4 Beta 4 sistemi üçün Houdini Beta 3 adlı Jailbreak proqramı artıq hazırdır. Proqram Semi-Jailbreak olaraq hazırlanıb.
Müxtəlif Apple cihazları ilə testlər aparan Abraham 'cheesecakeufo' Masri adlı şəxs iOS 11.4 Beta 4 yenilənməsi üçün Jailbreak hazırladı. Lakin hələki tam olaraq bütün sistemi əhatə etmədiyi üçün Semi-Jailbreak hesab olunur. Əgər Apple bir sonrakı yenilənmələrdə bu açıqları bağlamasa, iOS 11.4 sisteminin stabil versiyası da Jailbreak edilə biləcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...