iOS 12 ekran üzərində çıxıntı və Face ID'yə sahib iPad modelini təsdiqləyib (VİDEO)
Elm & Texnologiya
05.06.2018
Farid Pardashunas
iOS 12-nin beta versiyasının dünən
təqdim olunmasına baxmayaraq tərtibatçı Guilherme Rambo artıq onu yaxşıca incələyib.
Beləliklə o, çoxdan bəri barəsində şayiələr gəzən bir mövzunun təsdiqini tapıb.
Belə ki, iPad-ə ekran üzərində çıxıntı və Face ID texnologiyası həqiqətən də gələcək.
Tərtibatçının təqdim etdiyi videodan da görmək olar ki, iOS 12 iPad üçün Face
ID texnologiyasının gizli kodunu özündə birləşdirir.
Bura həmçinin istifadəçi
interfeysi və ona uyğun ayarlar menyusu da daxildir. Videoya diqqətnən baxanda
görmək olar ki, saat artıq ekranın ortasında deyil yuxarı sol hissədə yerləşir.
Bu isə o deməkdir ki, iPad-in ekranının yuxarı orta hissəsi çıxıntı ilə təchiz
olunacaq. Face ID texnologiyasına sahib iPad-ın satışa çıxacağını bir çox mütəxəssislər
öncədən bildirmişdilər. İndi isə əminliklə demək olar ki, bu sadəcə zaman məsələsidir.
Çox güman ki, bu cür iPad Sentyabr ayında yeni iPhone modelləri ilə birlikdə təqdim
olunacaq.
The Face ID setup UI is finally working on iPad. Clearly not done yet as can be seen by the descriptions mentioning "iPhone". But it's a start :) pic.twitter.com/PVQgfbne15— Guilherme Rambo (@_inside) 5 июня 2018 г.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ