main-post-cover

    iOS 12 üçün Android tərzində konsept dizayn hazırlandı

    Elm & Texnologiya
    24.05.2018
    Nijat Hamid
        Yeni Apple məhsullarının və iOS, macOS kimi sistemlərin tanıdılacağı WWDC 2018 konfransına az vaxt qalıb. İstifadəçilərin gözləntilərini nəzərə alan dizaynçılar iOS 12 üçün yeni bir konsept dizayn hazırladılar. Android tərzində olan dizayn müsbət rəylər aldı. İlk diqqət çəkən nöqtə bildirişlər hissəsinin daha təkminləşdirilmiş olmasıdır.
        Normal halda iOS işlədən cihazlara bildiriş gələndə xronoloji olaraq sıralanır və bir proqramdan gələn hər bildiriş ayrıca göstərilir. Nəticədə bildiriş ekranı qarışıq görünür. Yeni konsept dizaynda isə Android-də olduğu kimi eyni proqramdan gələn bildirişlər bir yerdə toplanır və bildiriş ekranında daha az yer tutur. 


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər