iOS 12 yenilənməsi nə vaxt çıxacaq ?

20.04.2018 0 PAYLAŞIM 1346 OXUNMA

Apple şirkətinin öz cihazlarında istifadə etdiyi əməliyyat sistemi iOS ilə bağlı bir neçə məlumat təsdiqləndi. iOS 11 ilə istifadəçilərə çətin anlar yaşadan şirkət iOS 12 ilə bütün problemləri həll edəcəyini vəd edib. Estetik olaraq az dəyişiklər olacağı düşünülən bir sonrakı versiya, əsasən performans, stabillik və sürətli iPhone təcrübəsini geri qaytaracağı deyilir.

iOS 12 Apple konfransı olan WWDC 2018-də tanıdılacaq, konfransdan sonra və ya 1 həftə/10 gün ərzində "Beta" olaraq yayımlanacaq.    

Beta versiya 4 ay ərzində test ediləcək və sonra isə stabil versiya bütün istifadəçilər üçün hazır olacaq. Yəni Sentyabr ortalarına qədər iOS 12-nin stabil versiyasını istifadə etmək olmayacaq.