main-post-cover

    iOS 13 əməliyyat sistemini bu il hansı Apple cihazları əldə etməyəcəklər?

    Elm & Texnologiya
    12.05.2019
    Farid Pardashunas
        Fransanın iPhoneSoft adlı saytı Apple şirkətindəki anonim tərtibatçının verdiyi məlumata istinadən bu il iOS 13 əməliyyat sistemini əldə etməyəcək Apple cihazlarının siyahısını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, keçən il iOS 12 əməliyyat sistemini iOS 11 əməliyyat sistemi ilə çalışan bütün Apple cihazları əldə etmişdilər. Lakin bu il siyahıda olan cihazların sayı bir qədər azalıb Aşağıda təqdim olunmuş cihazlar iOS 13 əməliyyat sistemini əldə edəcək cihazlardır:
    - iPhone 2019 modelləri
    - iPhone XS Max
    - iPhone XS
    - iPhone XR
    - iPhone X
    - iPhone 8 Plus
    - iPhone 8
    - iPhone 7 Plus
    - iPhone 7
    - iPhone 6s
    - iPhone 6s Plus
    - 2016 və 2017-ci il istehsalı olan 12.9 düym ekranlı iPad Pro modelləri
    - 10.5 düym və 9.7 düym ekranlı iPad Pro modelləri
    - 2018-ci il istehsalı olan 11 düym ekranlı iPad Pro
    - iPad Air 2
    - iPad Air 3
    - iPad 5
    - iPad 6
    - iPad Mini 4
    - iPad Mini 3
    - 6-cı nəsil iPod Touch modeli.
        Bu siyahıdan belə qənaətə gəldmək olar ki, iOS 13 əməliyyat sistemini bu il aşağıda təqdim olunmuş siyahıdakı cihazlar əldə etməyəcəklər:
    - iPhone 5s
    - iPhone SE
    - iPhone 6
    - iPhone 6 Plus.
        Gözləntilərə əsasən iOS 13 əməliyyat sistemi 3 iyun tarixində tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2019 tədbiri çərçivəsində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər