main-post-cover

    iOS 14-də tətbiqləri yükləmədən işə salmağa imkan verəcək yeni funksiya reallaşdırıla bilər

    Elm & Texnologiya
    10.04.2020
    Farid Pardashunas
        Apple şirkəti iOS 14-ü hələ təqdim etməsə də, insayderlər onun test versiyalarını analiz edərək əməliyyat sistemində reallaşdırılacaq yeni funksiyaları aşkar etməyə davam edirlər. İnsayderlərin bir neçə müddət bundan öncəki hesabatlarında daha bir faydalı funksiyadan danışılıb. Yeni funksiya Clips adlanır və API köməyi ilə reallaşdırılır. Söhbət, yükləməyə ehtiyac duymadan iOS tətbiqlərinin işə salınmasından gedir. Bu barədə The Verge saytı xəbər verib.
        Məlumat sızıntısına əsasən bu yeni funksiya vasitəsilə tərtibatçılar öz tətbiqlərinin xüsusi versiyalarını yarada bilərlər və həmin tətbiqlər App Store-dan yüklənməyə ehtiyac qalmadan smartfonda işə düşə bilərlər. İstifadəçi öz növbəsində sadəcə olaraq QR kodu skan edəcək və tətbiqin sadələşdirilmiş interfeysi ilə qarşılıqlı əlaqədə olacaq. Bu isə öz növbəsində modul strukturun sayəsində mümkün olub. Belə ki, belə istifadə zamanı smartfon ekranında tətbiqin şəbəkədən yüklənən lazımi hissəsi əks olunacaq.
        Məsələn hansısa Youtube linkinə daxil olan zaman həmin link Safari brauzerində açılmayacaq. Əgər smartfonda Youtube tətbiqi olmasa da video Youtube servisinin kiçik minimalistik interfeysində işə düşəcək. Bundan əlavə olaraq istifadəçilərə App Store-dan tətbiqin tam versiyasının yüklənməsi və ya lazımi kontentin daha əvvəlcədən yüklənmiş tətbiqlərdən birində əks olunması təklif olunacaq. Slices adlı bu cür funksiya Android-də olsa da bir qədər fərqli şəkildə çalışır. Belə ki, Android-də QR kod əvəzinə Google axtarış pəncərəsi istifadə olunur. Hər iki halda funksiya zamana və smartfonun daxili yaddaşına qənaət etməyə imkan verir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər