main-post-cover

    iOS 14-ü dəstəkləyəcək Apple cihazların siyahısı sızdırıldı

    Elm & Texnologiya
    08.05.2020
    Nijat Hamid
            Hər il olduğu kimi Apple ənənəyə sadiq qalaraq bir çox funksiyalarda birliktə yeni iOS versiyasını təqdim edir. Şirkət hal-hazırda iOS 14 üzərində işləyir və WWDC 2020 tədbiri zamanı yeni əməliyyat sistemini təqdim edəcək. iOS 14-ün çıxışı isə bu ilin sonlarında baş tutacaq.

    iOS 14-ü dəstəkləyən Apple smartfon və planşetlərin siyahısı Apple Insider tərəfindən sızdırıldı!

             iPhonesoft Apple Insider tərəfindən verilən məlumatlara görə yeni iOS 14 əməliyyat sistemi iOS 13 istifadə edən bütün Apple cihazlarını dəstəkləyəcək. Verilən məlumata əsasən iOS 14-ü dəstəkləyəcək cihazların siyahısı aşağıdakı kimi olacaq.
    iOS 14-ü dəstəkləyən iPhone modelləri:
    iPhone 6S, iPhone 6S Plus, iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus, iPhone X, iPhone XS, iPhone XS Max, iPhone XR, iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max
    iPadOS 14-ü dəstəkləyən iPad modelləri:
    iPad Mini 5, iPad 5, iPad 6, iPad 7, iPad Air 3, 11 inç iPad Pro, 9,7 inç iPad Pro, 10,5 inç iPad Pro, 12,9 inç iPad Pro
            Lakin Apple-a yaxın olan mənbələrin dediklərinə görə iOS 14 əməliyyat sistemi iPhone SE, iPhone 6S iPhone 6S Plus modellərini dəstəkləməyəcək. Çünki bu cihazlar artıq yeni əməliyyat sisteminin tələblərini ödəyəcək səviyyədə deyillər.
            Həmçinin qeyd olunur ki, yeni iPadOS 14 sistemi iOS 14 kimi olmayacaq və bəzi iPad modelləri bu yenilənmə ilə birliktə son yenilənmə paketlərini almış olacaqlar. İddialara görə iPad Mini 4 iPad Air 2 son yenilənməsini alan cihazlar olacaq. Technote olaraq qeyd edək ki, bu məlumatlar hələki Apple tərəfindən təsdiqlənməyib. Ola bilsin ki, siyahıda dəyişikliklər olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər