Logo
    iOS 14.1.1-də yeni iPhone-nun sxematik fotosu aşkar edilib

    iOS 14.1.1-də yeni iPhone-nun sxematik fotosu aşkar edilib

        iOS 14.1.1 əməliyyat sisteminin beta versiyasını əldə etmiş tərtibatçılar yeni Apple məhsullarının aşkar edilməsi üzrə əməliyyat sistemi yenilənməsini analiz etməyə davam edirlər. Qeyd etmək lazımdır ki, daha əvvəllər bu cür üsul ilə iPhone X, iPad Pro və AirPods Pro kimi məhsulların mövcudluğu aşkar edilmişdi. Beləliklə iOS 14.1.1-in analiz edilməsi nəticəsində tərtibatçılardan biri Apple şirkətinin yeni iPhone modelinin sxematik fotosunu aşkar edib. Maraqlısı isə ondadır ki, həmin sxematik fotoda əks olunmuş iPhone modelinin ekranında heç bir çıxıntı hissə yoxdur.
      Bu barədə Slashgear saytı xəbər verib. Apple şirkətinin smartfonları siyahısında iOS 14.1.1-də aşkar edilmiş smartfon dizaynına sahib bir model yoxdur. Sxematik fotoda diqqəti çəkən ən birinci özəllik ondan ibarətdir ki, smartfon ekranı üzərində ön kamera və digər sensor ötürücüləri üçün nəzərdə tutulmuş çıxıntı hissə yoxdur. Sxematik fotoda əks olunmuş iPhone modeli həmçinin nazik çərçivələrə də sahibdir.
      iOS 14.1.1-də həmçinin bu gələcək iPhone modelinin sahib olacağı bir sıra funksiyalar barəsində məlumatlar da aşkar edilib. Beləliklə aşkar edilmiş məlumata əsasən bu yeni iPhone modeli üçlü arxa kamera və aparat səviyyəsində LiDAR skaneri əldə edəcək. Sözügedən skaner isə AR tətbiqlərdən effektiv istifadə imkanını verəcək. Bundan əlavə olaraq məlumatda həmçinin Apple Pencil stilusunun şarjı üçün nəzərdə tutulmuş maqnit konnektoru da əks olunub. İnsayderlər əmindirlər ki, sözügedən sxematik foto iPhone 12 Pro Max smartfonuna aiddir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    iOS 14.1.1-də yeni iPhone-nun sxematik fotosu aşkar edilib