main-post-cover

    iOS tarixində ən böyük sızdırılma baş verdi

    Elm & Texnologiya
    08.02.2018
    Farid Pardashunas
    Kimliyi bilinməyən şəxslər GitHub saytına iBoot-un açıq mənbə kodunu yerləşdiriblər.
        Bu barədə Motherboard saytı xəbər verib. iBoot iOS sisteminin təhlükəsizlik hissəsindən cavabdeh olan komponentdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Windows üçün BIOS nədirsə iOS üçün iBoot odur. Mütəxəssislərin fikrincə bu, iOS tarixində ən böyük sızıntıdır. iBoot əməliyyat sisteminin düzgün yüklənməsindən cavabdeh komponentdir.

        Belə ki, iPhone modelini yandıran kimi məhz bu proqram işə düşür. O, sistemin nüvəsini axtarır və onu təyin edir, “Apple” imzalarının varlığını yoxlayır və sonra idarəetməni nüvəyə ötürür. Açıq mənbə kodunu GitHub-a yerləşdirmiş mənbənin sözlərinə görə bütün kodlar iOS 9 əməliyyat sistemindən götürülmüşdür.
        Lakin həmin kodlar daha yeni iOS versiyalarında da istifadə olunur. Qeyd etmək lazımdır ki, lazımi faylların olmamasından həmin kodları adi kodlara çevirmək mümkün deyil. Lakin onları digər məqsədlər üçün də istifadə etmək olar. Məsələn hackerlər onları incələyərək sistem boşluqlarını aşkar edə bilərlər. iBoot-da aşkar edilmiş sistem boşluqları yeni versiya iOS-lər üçün jailbreak-lərin yaradıılmasına imkan verə bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər